Türkiyə futbolunda qadağalar - SİYAHI
Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.
Sportfm.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF), koronavirus təhlükəsinin qarşısını almaq üçün oyunlar zamanı, oyunlardan əvvəl və sonra əməl ediləcək qaydalar hazırlayıb.
Paltardəyişmə otağına maskasız daxil olmaq qadağan edilir. Paltardəyişmə otağından eyni anda maksimum 3 futbolçu istifadə edə bilər. Futbolçular məşq edərkən kənardan izləyənlərin meydana daxil olması, yaxud onların futbolçularla təması qadağan edilib. Bir məşq meydanında eyni anda maksimum 6 futbolçu məşq edə biləcək. Oyundan əvvəl komandaların görüşməsi və ümumi şəkil çəkilməsi qadağan olunub. Qol sevinci texniki zonada da qeyd olunmamalıdır. Oyun ərzində futbolçular və məşqçilər hakimlərə maksimum 2 metr yaxınlaşa biləcək. Topa əlcəksiz toxunulacağı halda, top dezinfeksiya olunmalıdır. Meydandan kənardakı hər kəsin sosial məsafə qaydalarına əməl etməsi və maska taxması vacibdir. Fasilə zamanı meydandan çıxış və meydana giriş zamanı azı 2 metrlik məsafə saxlanılmalıdır.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |