"Qarabağ"la oyun həlledici deyil"
"Qəbələ” Topaz Premyer Liqasının XII turunda "Zirə” ilə qarşılaşıb. Sportfm.az xəbər verir ki, çempionatın lideri olan "Qəbələ” 1:0 hesabı ilə qalib gələrək, növbəti qələbəsini qazanıb. "Qırmızı-qaralar”a 3 xal qazandıran qolun müəllifi olan Filip Ozobiç matç haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: "Zirə” ilə görüşdə qalib gəlmək çox vacib idi. Hər iki komanda üçün çətin oyun oldu. Layiqli qələbə qazansaq da, bu, asan başa gəlmədi. "Zirə”nin yaxşı komanda olduğunu çox yaxşı bilirdik. Rəqibimiz bunu meydanda da göstərdi. Amma istəyimizə çatıb, lazım olan nəticəni qazandıq. "Qəbələ”də çox yaxşı kollektiv formalaşıb. Biz meydanda vahid komanda, dostlar kimi mübarizə aparırıq. Bu matçda da belə oldu. Hər oyunçu bacarığının 100 faizini ortaya qoydu və nəticədə 3 xal əldə etdik. Sevinirik ki, lazım olan nəticəni qazandıq. Çempionatdakı növbəti oyunumuz "Qarabağ”a qarşıdır. Bu qələbədən sonra növbəti turun matçına yüksək əhval-ruhiyyədə yollanacağıq. Həmin görüşdə kimin 1-ci pillədə qalacağına aydınlıq gələcək. "Qəbələ”nin lider mövqeyində qalması üçün bacardığımız hər şeyi edəcəyik. Bu qarşılaşma nə qədər vacib olsa da, həlledici deyil. Çünki qarşıda hələ çox oyun olacaq”.
"Qəbələ”də 7-ci, Premyer Liqada 5-ci qolunu vuran Ozobiç karyerasının ən məhsuldar mövsümünü keçirir. Yarımmüdafiəçi matçın taleyini həll edən qol və məhsuldarlığı haqda da fikirlərini bölüşüb: "Qol epizodunda yaxşı mövqedə olduğumu görürdüm. Vəziyyəti qiymətləndirib, həmin nöqtədən yaxşı zərbə endirməyin mümkünlüyünü fikirləşdim. Belə də etdim və hər şey istədiyim kimi alındı. Məhsuldar çıxış etməyim onunla bağlıdır ki, özümü "Qəbələ”də çox yaxşı hiss edirəm. Bundan sonra da komandam üçün daha çox qol vurmaq istəyirəm”.
Xorvatiyalı legioner UEFA Avropa Liqasının noyabrın 24-də keçiriləcək "Anderlext”lə görüşü haqda da danışıb. O, qrup mərhələsinin V turunda qələbə qazanmağa iddialı olduqlarını qeyd edib: "Anderlext”lə matçda yaxşı oynayıb, xallar qazanmaq niyyətindəyik. Son ev oyununda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Belçika klubu çox güclü komandadır. Lakin biz də yaxşı oyun nümayiş etdirib, qələbə qazanmağa çalışacağıq. Hər bir futbolçu özünün ən yaxşı oyununu göstərsə, istəyimizə çata bilərik”.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |