"Sabah"ın Deviçlə "qaçdı-tutdu oyunu" bitdi - RƏSMİ
Bakının “Sabah” futbol klubu hücumçusu Marko Deviçlə bağlı açıqlama yayıb.
Sportfm.az xəbər verir ki, 36 yaşlı ukraynalı hücumçu koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda klub rəhbərliyinə müraciət edib. O, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirib. Futbolçunun bu istəyinə müsbət cavab verildiyi qeyd edilib. Bildirilib ki, futbolçu ilə klub rəhbərliyi arasında xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsinin uzadılmaması barədə razılaşma olub. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti başa çatıb.
Klub Marko Deviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018-2019-cu il mövsümündə “Sabah”da çıxış edib. Ötən yay Serbiyanın “Voydovats” klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Premyer Liqa təmsilçisinə transfer olunub. Ötən gün isə Deviç mətbuata müsahibə verərək bildirib ki, karyerasını bitirir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |