Futbolda 6 günlük müharibə və daha 15 maraqlı fakt - ARAŞDIRMA
Planetimizdə milyonlarla insan futbol oynayır və bu idman növünü televiziyada izləyən izləyicilərin sayı milyardlarladır. Futbol dünyanın ən populyar idman növüdür, rəsmi olaraq doğum tarixi 8 dekabr 1863-cü ildir. O vaxtdan bəri yüzlərlə turnir, o cümlədən 21 dünya çempionatı keçirilib. Futbol tarixində kifayət qədər maraqlı və təəccüblü hadisələr baş verib və bu yazıda sizə futbol və futbolçular haqqda ən maraqlı 15 hadisə barədə məlumat verəcəm. Başlayaq.
İştahlı futbolçular
Futbol tarixində hakimə etiraz olaraq kağız yemək və daha maraqlı hallar olub. Məsələn, 1983-cü ildə Bristolda Mayk Beqli, hakimin dəftərindən qayda pozuntularının qeydə alındığı səhifələri cırıb yeiyib. 1989-cu ildə, İtaliyanın Pianta klubunda oynayan Fernando d’Erkoli, hakimin kobud oyun üçün futbolçuya verdiyi qırmızı vərəqəni yeyib. Və 2002-ci ildə Real Madridin akademiya klubunda oynayan Xoze Maria Lopez Silva ona qırmızı vərəqə göstərdiyinə görə hakimi çiynində dişləyir.
Qayğıkeş fil
Hindistanın Madras ştatında hakimlərin təhlükəsizliyinə belə qayğı göstərirlər: Meydanda futbolçular və hakim arasında mübahisə zamanı polisin əvəzinə meydana sərbəst şəkildə xüsusi hazırlanmış fil buraxılır. Fil, kritik anda hakimi xortumu ilə tutub təhlükəsiz yerə aparır.
0:149
Hakim səhvində qarşı etiraz olaraq Madaqaskardakı futbol klublarından biri növbəti oyunda öz qapılarına 149 qol vurub. Bu, futbolun yaranışından bəri ən böyük hesablı görüş olub.
Qapıçıların imtiyazlı dövrü
1912-ci ilə qədər qapıçılar əlləri ilə meydanın mərkəz xəttinə qədər oynamaq hüququna malik idilər. Bəziləri isə atletlər kimi topu meydanın mərkəzindən rəqibin qapısına atmağa çalışırdılar.
OV - lar
1994-cü il dünya çempionatında Bolqarıstan millisinin komandası yeganə komanda idi ki, bütün oyunçuların soyadları eyni şəkildə bitordi - "OV".
Penalti kimdir?
Sən demə, 11 metrlik cərimə zərbəsinin penalti adlanması soyadla bağlıdır. Belə ki, İrlandiya futbol qaydaları mütəxəssisi Con Penalti, 1891-ci ildə rəqib tərəfindən cərimə meydançasındakı kobud oyuna görə 11 metrlik cərimə zərbəsi təklifi vermişdir.
Hava satışı
1999-cu ildə Fiorentina klubu, stadionun havası ilə doldurulmuş şüşə qablar satmağı qərarına gəlmişdir. Satışda üç növ hava vardı: "Azərkeşlərin ruhu", "Qələbə cövhəri" və "Soyunma otağının atmosferi".
Ən gənc azərkeş
Futbol tarixində, meydanda doğuş hadisəsidə olmuşdur. 1960-cı illərdə ingiltərə mətbuatı - "Ən gənc azərkeş bizdədir" başlığı altında yazı yazmışdır. Beləliklə, Stok siti və Arsenal klublarının qarşılaşması zamanı meydanda Eddi Harford dünyaya göz açır. Oyundan dərhal sonra yeni doğulmuş uşağa matçdakı bütün iştirakçıların və üç hakimin afoqrafları olan bir top, həmçinin 50 funt sterlinq dəyərində istiqraz hədiyyə edilir.
Futbolçuların sevimli qapıçısı
İngilis adalarından olan qapıçı Cimmi Taylor (Ridinq şəhərinin həvəskar komandasında oynayırdı) ən "məhsular" qapıçı idi. Mövsümün 27 matçında qapısından 456 qol buraxıb. Hər oyunda orta hesabla 17 qol.
Qapıçıya ehtiyac olmayıb
50-ci illərdə Stokholmun Yurqorden klubunun qaıçısə özünəməxsus rekorddla yadda qalır. Ogunlardan birində həmin komanda rəqibi 18:0 hesabı ilə məğlub edir, qapıçı isə topa bircə dəfədə olsa belə toxunmur. Cəmi iki qapıdan zərbə olur onuda komandanın müdafiəçisi yerinə yetirir.
Qapıçının kinayəsi
Nottingem Forest və Lester Siti komandaları arasında İngiltərə çempionatı matçı zamanı olduqca güclü qar fırtınası başlayər və hər dəqiqə dahada güclənir. Meydandakı görünüklük tamamilə yoxa çıxır. İkinci hissənin əvvəlində hakim oyunu dayandırmağa məcbur olur. On dəqiqə keçir və "Lester" in oyunçuları qapıçılarının soyunma otağında olmadığını görüb təəccüblənirilər. Dərhal meydana qayıdıb qapını qoruyan qapıçını tapırlar. Ona matçın dayandırılmasını izah etdikdə, o deyir: "Məndə deyirəm hücumçularımızın bu qədər çevikliyi hardandır ki, bayaqdan rəqibin qapısı önündədirlər?".
Poker.
20 mart 1976-cı ildə "Lester Siti" yə qarşı "Aston Villa" nın oyunçusu Kris Nikol oyunda 4 qolla yadda qalıb. 2 qol rəqibin 2 qol isə öz komandasının qapısına. Qarşılaşma 2: 2 hesabı ilə başa çatıb.
Xokkey və futbol
Lev Yaşin təkcə futbol qapıçısı deyil, həm də xokkey qapıçısı idi. 1953-cü ildə SSRİ xokkey kubokunun sahibi və SSRİ çempionatının bürünc mükafatçısı olub. Yaşini, dünya kuboku üçün xokkey komandasına çağırmaq istəyirdilər, ancaq o, diqqəti futbola yönəltməyə qərar verir.
Özünü qurban verən hakimlər
Hakimlərin özləri özlərinə qırmızı vərəqə göstərdikləri iki hadisə məlumdur: Piterboro North End - Royal Meyl matçının hakimi olan Andy Ueyn və Southempton Arms - Xarstborn Tarrant matçında hakim Melvin Silvestr. Birincisi qapıçı ilə münaqişə etməmək üçün oyun zamanı meydandan kənarlaşdırıldı, ikincisi isə oyunçu ilə münaqışədən yan keçmək üçün.
6 günlük müharibə
1969-cu il dünya çempionatının seçmə mərhələsinin pley-off oyunlarında El Salvador milli komandasının Honduras milli komandasını məğlub etməsi iki ölkə arasındakı altı günlük müharibəyə səbəb olmuşdur.
Ümidvaram darıxmadınız, oxuduğunuz faktlar maraqlı gəldisə digərlərinədə bu hadisələri danışa bilərsiniz.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |