Fabrikdə çalışan, barmen işləyən bombardirin uğur hekayəsi - YAZI
İngiltərənin ən qədim, tarixi mədəniyyət şəhərlərindən 2-cisi Şeffilddir. (2010-cu ildə Şeffild "İngiltərənin ilk mədəniyyət şəhəri" adı uğrunda mübarizədə yalnız Derri şəhərindən geri qalır və beləliklə bu siyahıda ikincidir.)
Bu şəhərdə kifayət qədər tanınmış yazıçılar, incəsənət xadimləri və memarlar doğulmuşdur. Lakin son zamanlar bu şəhəri təmsil edənlər arasında daha çox tanınan insan nə memar nə aktyor nədə yazıçı deyil, futbolçudur. Ceymi Riçard Vardi, qısaca Ceymi Vardi.
2015/16-cı il mövsümündə Lester siti klubun heyətində parlaq çıxışı ilə yadda qalan və elə həmin ildədə İPL qalibi olan Vardi, dünya futbolu ictimaiyyətinə daha çox tanınmağa başladı.
Lakin futbolçunun tarixi təkcə Lester klubu ilə bağlı deyil və futbolçunun keşməkeşli, imtahanlarla dolu geniş arxivi var. Hazırki buraxılışımızdada elə adı çəkilən futbolçunun, Lesterə qədər olan həyat yolunu qısaca nəzərdən keçirəcəyik.
1987-ci il Yanvar ayının 11-də, Liza Vardinin bir övladı dünyaya göz açır. Atası, hələ Ceymi bələkdə olarkən ailəsini tərk edir və Vardi soyadı ögey atasından uşağa keçir. Ceymi bütün uşaqlığını, Şeffildin fəhlə və kasıb rayonlarında top qovmaqla keçirir. Həmin küçələrdəki həyat heçdə sabit keçmirdi, adət halını almış sərxoş davalar, oğurluqlar, müxtəlif klanların hədə qorxuları və s. Bir sözlə canavar qanunları. Həmin küçələr Ceymiyə həyatın sərt tərəfini göstərir və oğlanın cəsarətli xarakterini, qalanlardan daha yaxşı olmaq arzusunu artırır.
Ceyminin futbol sevgisi təbii olaraq erkən yaşlarından yaranmışdı. Futbolu özünə peşə kimi seçmək qərarıda gənc yaşlarından başlayır. Valideynləri onun bu qərarını dəstəkləyirlər hətta təhsilini yarımçıq qoymasına razı olurlar. Ən azı ingilis dilində oxuya və yaza bilir.
Vardinin futbola olan sevgisi onu çox incə yaşından futbol oynamağa məcbur edir. Onun arzusu yüksək səviyyədə və ən yüksək divizyonlarda oynamaq idi. Əlbəttə ki, ingiltərədə futbolçu olaraq irəliləmək olduqca çətin bir sınaqdır və olduqca yüksək rəqabət var.
Vardinin "ən yaxşı" olmaq arzusu hələlik ürəyində qalır. Beləki, çıxış etdiyi Şeffild Uensdey klubunun məşqçiləri Ceymi üçün heç də xoş olmayan qərar qəbul edir. Onlar Vardinin, çıxış etdiyi yaş dövrü üçün olduqca arıq və bəstəboy olduğundan gileylənib futbolçunu nəinki əsas heyətə qatmır hətta klubdan belə uzaqlaşdırır.
Söz yox ki, 16 yaşlı və ümidlərlə dolu bir gənc üçün bu xəbər olduqca sarsıdıcı bir xəbər idi. Ceymi, Şeffild Uensdey klubunun azərkeşi idi və bu klubda oynamaqdan həzz alırdı. Bütün baş verənlər Ceymini olduqca həvəsdən salır.
Baş verənlər Ceymini futboldan bir qədər kənarlaşdırır. Ceymi yaşadığı ərazıdəki bara (PUB) işə düzəlir, öz xərclərini ödəmək üçün başqa gəlir yeri yox idi. İşlədiyi barda ara sıra bilyard yarışlarında iştrak edir. Həmin barda ceymi uzun müddət çalışır. İşlədiyi bar bağlanır bir müddət sonra isə sökülür.
İşsiz qalmaq Ceymi üçün çox çətin idi. Hər həftə futbol oyunlarını izləmək, avtomobil almaq üçün pul yığmaq və s. qayğıları ödəmək lazəm idi. Beləliklə barmen işi fabrikdəki fiziki işlə əvəz olunur. Bununla yanaşı Vardi, yerli "Skotbric" klubunun əvəzedici heyətində çıxış etməyə başlayır (məvacibsiz).
Vardi:
"Mən fabrikdə karbon lifi üzrə mütəxəssis işləyirdim. Mənim işim əlil insanlar üçün təkərlər yaratmaqdan ibarət idi. Olduqca isti sobalara ağır xammal qaldırmalı oldurduq. Eyni işi gündə yüz dəfə görürdük və bu olduqca çətin idi. Nəticədə bu iş kürəyimə böyük bir ağrı verdi."
Fabrikdə işləyərkən onun iş yoldaşları, işin onun üçün olmadığını hiss edirdi. Yaxın dostu və bir neçə həmkarı Vardini futbola qaytarmağa cəhd edirdi. Nəhayət, dostu ona ciddi olaraq qərar qəbul etməyi və futbola ikinci şansı verməyi tövsiyyə edəndən sonra Ceymi bu barədə düşünməyə başlayır.
Günlərin bir günü Vardi olduqca səs-küylü bir davanın iştrakçəsına çevrilir. Vardi bu mübahisəyə, qulağından əlil olan dostuna görə qoşulur. Yerli klublardan birində dostu ilə vaxt keçirərkən bir qrup xuliqan Ceyminin dostu ilə məlum olmayan münasibəti aydınlaşdırmaq istəyir, klubun mühafizəçiləri xuliqanları klubdan kənarlaşdırır amma nə olsun? Bəli, həmin qruplaşma Ceymini və onun dostunu bayırda gözləyirdi. Nəticədə böyük bir dava düşür və sözsüz ki, məsələyə polislər müdaxilə edir.
Məhkəmə, Ceyminin ev dustağı olacağı barədə qərar verir. Həmin ərəfədə Vardi futbol oyunlarına, ayağında qandal ilə gedirdi və çıxış etdiyi klubun bir çox oyununda yalnız oyunun birinci hissəsində çıxış edə bilirdi. Fasilədə avtomobilə əyləşib məhkəmə tərəfindən müəuyən olunmuş vaxta qədər evə çatmalı idi.
Əslində hər şey tədricən düzəlməyə doğru gedirdi Zamanla Vardinin oyunu bəyənilir futbolçu isə nəhayət klubun əsas heyətində oynamağa başlayır. Bir müddət sonra isə Vardi Halifaks Taun klubundan dəvət alır və ilk dəfə bu klubda oynadığı oyunlara görə məvacib almağa başlayır. Həmin klubda 37 oyuna 26 qolla yadda qalan Vardini digər klub, Flitvud Taun klubu öz sıralarına qatmaq qərarına gəlir. Həmin klubdada futbolçu yaxşı nəticələr əldə edir 36 oyun 31 qol. Bəli, nəhayət Ceymi üçün daha yüksəklərə irəliləmək vaxtı gəlib çatır.
2012-ci ildə Çempionşipdə çıxış edən Lester Siti klubu, tam peşəkar olmayan futbolçu üçün rekord bir məbləğ £ 1 000 000 təklif edir. Peşəkar səviyyədə ilk mövsüm Vardi üçün heç də yaxşı keçmir: cəmi beş qol vurur və azarkeşlər tərəfindən daim tənqid olunur. Karyerasını bitirmək barədə düşündüyü anda baş məşqçi Naycel Person oyunçunu bu fikirindən daşındırmağı bacarır.
Futbolçuların populyarlığı artdıqca onların şəxsi həyatıda insanlara maraqlı olur. Hazırki xanımı Rebekka Vardi, Ceymidən 5 yaş böyükdür və cütlüyün birgə nigahdan üç uşağı var.
Ceymi, Rebekkanı 2014-cü ildə gecə klublarından birində təşkilatçı işlədiyi dövrdə tanımışdır. Hazırki nigah Rebekka üçün ikincidir və birinci nigahdan bir qızı və bir oğlu var. Bəli, Ceymi Vardi 5 uşaq atasıdır.
Hazırda Vardi İPL-nın ən sərrast futbolçusudur və turnirin dayandırılacağı halda qızıl buts mükafatını alacaqdır. Çıxış etdiyi Lester klubu üçün əməyi əvəzsizdir və azərkeşlər bu futbolçunu olduqca çox sevirlər. Söz yox ki, futbol klubunun tarixinə öz adını qızı hərflərlə yazmağı bacarmışdır.
Vardi uşaqlıq vaxtlarından, bir çox tanınmış futbolçu kimi keyfiyyətli futbol akademiyası keçməyib, futbolu ən çətin şəraitdə və ən ağır durumda oynayb. Uşaq ikən Vardinin futbol fəaliyyəti ilə məşğul olacaq, "böyüklük" edəcək bir kəsi olmayıb. Polis nəzarəti altında, dustaq statusu ilə inamla oynamaq, mübarizə aparmaq, öz-özünə ən yaxşı olduğunu sübut etmək, məhz bu keyfiyyətlər Vardini, CEYMİ VARDİ etdi.
Hazırda futbolçunun Lester ilə 2022-ci ilə qədər müqaviləsi var və həftədə £155 000 (312 000 azn) məvacib alır.
2017-ci ildə Vardinin "Heç bir yerdən, Hekayəm" adlı kitabı işıq üzü görür. Şəxsən mən hələ bu kitabı oxumamışam. (Mütləq oxuyacağam).
Mətndə istfadə etdiyim məlumatların bir hissəsini futbolçunun yaxınlarının verdiyi intervyudan və "Daily mail" saytından əlda etmişəm. Diqqətinizə görə minnətdaram. İngiltərə futbolu özü kimi maraqlı futbolçularla boldur.
Emin Şəmsiyev
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |