20-ci səfər qələbəsi
“Zirə” Azərbaycan Premyer Liqasında 20-ci səfər qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, yubiley XX turun “Səbail”lə qarşılaşmasına təsadüf edib.
“Qartallar” “ASCO Arena”da təşkil olunan görüşdə 3:1 hesablı qələbə qazanıb. Komanda 20-ci uğuruna 70-ci matçında çatıb.
2017/18 mövsümündə daha çox – 6 səfər qarşılaşmasından qalib ayrılan “Zirə” 2015/16 mövsümündə 5 dəfə rəqib meydanında üç xala sevinib. 2018/19 mövsümündə 4, 2016/17 mövsümündə isə 3 belə qələbə qeydə alınıb.
“Səbail” üzərindəki qalibiyyət cari mövsümün ikinci səfər uğurudur. Rəqib meydanındakı son qələbəsini sentyabrın 14-də “Sumqayıt”la matçda (2:1) əldə edən “qartallar” Zaur Həşimovun rəhbərliyi altında ilk belə uğurunu rəsmiləşdirib.
“Zirə”nin ən çox səfər qələbəsi qazandığı rəqiblər – 4 dəfə məğlub etdiyi “Sumqayıt”la “Səbail”dir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |