Abdullah Avcı Türkiyədə qalır - Təklif var
Azərbaycan millisinin baş məşqçisi postuna keçməkdən imtina edən Abdullah Avcının yeni iş yeri müəyyənləşmək üzrədir.
Sportfm.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Super Liqa klubunda çalışmağa hazırlaşır.
Məsələ burasındadır ki, mövsümün sonuna qədər istirahət etmək istəyən Avcını “Fənərbaxça” rəhbərliyi fikrindən daşındırmağı bacarıb. Türkiyə mətbuatının iddiasına görə, tərəflər arasında danışıqlara start verilib və ilkin razılıq əldə olunub. İstanbulluların sabah Super Liqanın XXV turu çərçivəsində “Dənizlispor”la keçiriləcək qarşılaşmadan sonra yeni çalışdırıcını təqdim etməsi gözlənilir. Komandanın yarımmüdafiəçisi Əmrə Belözoğluya isə Avcının köməkçisi olmaq təklif edilib.
“Fənərbaxça” Türkiyə kubokunun yarımfinal mərhələsində “Trabzonspor”la oyundan sonra baş məşqçi Ərsun Yanalla yollarını ayırıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |