"Qarabağ" futbol akademiyasının heyəti bu gün Bakının Müşfiqabad qəsəbəsində olub.
Sportfm.az xəbər verir ki, akademiyanın məşqçi heyətinin iştirakı ilə 100-dən çox uşağa baxış keçirilib.
Məqsəd komandaya və Azərbaycan futboluna yeni adlar qazandırmaqdır. Layihənin digər bölgələrdə də keçiriləcəyi vurğulanıb.