Qadze 15-ci qolunu vurdu
Riçard Qadze “Zirə”də 15-ci qolunu vurub.
Sportfm.az xəbər verir ki, yubiley topu Azərbaycan Premyer Liqasının XV turuna təsadüf edib. Qanalı legioner “Sabah”la oyunda (2:0) “qartallar”ın ikinci qoluna imza atıb. O, qollarından 13-nə Premyer Liqada, 2-nə UEFA Avropa Liqasında imza atıb.
Qadze hesabını 2017-ci il fevralın 12-də “Qəbələ”yə qarşı ev oyununda (2:2) açıb. O, Premyer Liqanın 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 7, cari çempionatda isə 3 dəfə rəqib qapısına yol tapıb. Avrokubok qolları isə 2017/18 mövsümünə təsadüf edib.
Riçard vurduğu 15 topa 15 müxtəlif oyunda imza atıb. “Sabah” afrikalının qapısına qol vurduğu 9-cu komanda olub. O, “Sumqayıt”a 3, “Kəpəz”, “Qarabağ”, “Neftçi”, “Düdelanj”ın hərəsinə 2, “Keşlə”, “Səbail” və “Qəbələ”yə də 1 qol vurub.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |