Ceyhun Sultanovun dəstəyi ilə İlk şer kitabını nəşr etdirən Renata: "Futbola aid şerlər yazacam"
Ötən gün Azərbaycan futbolunda daha bir ilk yaşandı. Belə ki, müxtəlif yığmalarda çıxış etmək rekordunu əlində saxlayan(futbol, futzal, çimərlik futbolu və mini-futbol) Renat Sultanovun övladının ilk şer kitabı işıq üzü gördü. Hazırda futzal üzrə Yüksək Liqada "Baku Fire" komandasının şərəfini qoruyan Sultanovun qızı Renatanın rus dilində "Мои воспоминания"(Mənim xatirələrim) adlı kitabı nəşr edilib. İstedadlı məktəbli Renata Sultanovanın kitabının təqdimatı onun təhsil aldığı 162 saylı məktəbdə keçirilib. Mərasimdə məktəb rəhbərliyi ilə və ziyalılarla yanaşı, əmisi "Neftçi"nin idman direktoru Ceyhun Sultanov da iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru hər kəsi salamlayaraq, 13 yaşlı Renatanın istedadından və dərslərdə əzmlə çalışmasından söz açıb. Daha sonra gənc şair təqdim olunan kitab haqqında ətraflı məlumat verib: "Mənim şerə böyük marağım var. Valideynlərim və yaxınlarım kitabın işıq üzü görməsində mənə böyük dəstək oldular. Xüsusən də əmim Ceyhunun köməyini daim hiss etmişəm. O, bu işə ciddi yanaşmağımı və gələcəkdədə mənə dəstək olacağını deyib. Mən ona və hər kəsə minnətdaram".
Tədbir zamanı səhnəyə çıxan insanlar müəllifin yaradıcılığı haqda öz rəylərini bildirib və Renataya uğurlar arzulayıb. Bədii hissə ilə davam edən mərasimin sonunda müəllif Sportfm.az saytının suallarını da cavablandırıb:
- Şerə həvəs nə vaxtdan yaranıb?
- Mən uşaqlıqdan şer oxumağı sevirdim. Daha sonra yavaş-yavaş özüm yazmağa başladım. Əvvəllər ətrafdakılara yazdıqlarımı oxumağa utanırdım. Daha sonra şerlərimi yaxınlarımla paylaşmağa başladım. Hər kəs yazdıqlarımı çox bəyənirdi.
- İlk dəfə şer yazdığını bilən valideynlərin buna necə reaksiya verdi?
- Çox yaxşı. Onlar mənə yazmağa davam etməyi tövsiyə etdi. Bu məni çox ruhlandırdı.
- Renata, bu keçici həvəsdir, yoxsa...?
- Qətiyyən. Mən artıq növbəti kitab haqqında düşünürəm.
- Atası və əmisi futbolçu olan biri gələcəkdə futbol haqqında şer yaza bilərmi?
- Bəli. Mən futbola aid şerlər yazacam. Amma gələcəkdə nəinki şerlər, futbola həsr edilən şerlər kitabı nəşr etdirmək fikrindəyəm. Mən atamın hər oyununa gedirəm və dəstəkləyirəm. Doğma "Neftçi" oynayanda yerimdə dura bilmirəm. Futbol bizim həyatımızın bir parçasıdır. Ona görə mütləq futbola həsr edilən şerlər kitabım olacaq.
Araz Əhmədov
Fotolar Sportfm.az
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |