Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, son oyunda lider "Qarabağ" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xalını 30-a yüksəldən Qurban Qurbanovun komandası ilk pillədəki yerini möhkəmlədib.
2 dekabr (bazar ertəsi)
20:00. “Sabah” – “Qarabağ” - 0:1
Qol: Abdullah Zubir, 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Bank Respublika Arena”
1 dekabr (bazar)
“Səbail” – “Neftçi” - 0:0
30 noyabr (şənbə)
“Keşlə” – “Sumqayıt” - 2:1
“Qəbələ” – “Zirə” - 3:0