Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçirilir.
Sportfm.az xəbər verir ki, günün ilk oyununda Zirə İdman Kompleksinin stadionunda eyniadlı klub "Keşlə" ilə üz-üzə gəlib.
3-1 hesabı ilə bitən oyundan sonra təşkil edilən mətbuat konfransında qəsəbə komandasının çalışdırıcısı Zaur Həşimov jurnalistlərin sualını cavablandırıb.
- Rəqibin heyətində yığmadan qayıdan futbolçular yaxşı təsir bağışlamadı, sizdə isə əksinə.
- Belə baxanda Vüsal Isgəndərli pis çıxış etmədi. Biz öz futbolçularımıza istirahət vermişdik.
- Fasilədə heyətdə dəyişiklik gözlənilirmi?
- Bu oyunçularla davam etmək istəyirik. Təbii ki, qışda imkan daxilində heyəti gücləndirmək istəyərdik.