35 yaşlı "Azəri" - Uşaq futbolu
Müstəqil Azərbaycanın futbol üzrə ilk ölkə çempionatı ən çox komandanın mübarizə apardığı birincilik kimi ölkə futbolunun tarixinə düşüb. Ancaq hazırda birinci Azərbaycan çempionatında çıxış etmiş 26 komandadan cəmi 5-i həyatdadı. 1992-ci ildə güclülər dəstəsində çıxış etmiş 4 Bakı klubundan isə yalnız “Neftçi” hələ də yüksək liqada mübarizə aparır.
Lakin həmin çempionatda mübarizə aparmış Bakı klublarından daha biri hazırda heç bir peşəkar liqada mübarizə aparmasa da, fəaliyyətini hələ də davam etdirir. Söhbət ilk 3 çempionatda çıxış etmiş, amma sonradan qeybə çəkilmiş “Azəri” klubundan gedir.
Hələ sovet dövründə fəaliyyət göstərmiş bir çox klub kimi “Azəri”nin də əsası zavodda qoyulub. 1984-cü ildə Qazan Mexaniki zavodunun nəzdində fəhlələrdən ibarət komanda yaradıldı. Komandanın yaradıcısı isə Əli Ağamalıyevdir. O, komandada həm futbolçu, həm baş məşqçi, həm də rəhbər kimi fəaliyyət göstərib. Təbii ki, Bakı çempionatında çıxış edən komandanın adı da o zaman “Azəri” deyildi. Həmin vaxt “Metallist” adlanan komanda ilk uğurunu Bakı çempionatında qazanıb. Komanda elə ilk mövsümündə paytaxt birinciliyini çempion kimi başa vurub.
“Azəri”nin əsas komadası 1995-ci ildə fəaliyyətini dayandırıb. Buna baxmayaraq, klub fəaliyyətini hələ də davam etdirir. Hazırda Bakının Qaraçuxur qəsəbəsində məskunlaşan “Azəri” klubunda bir neçə aşağı yaş qrupu fəaliyyət göstərir. "Azəri"də məşq edən uşaqlar futbolun sirlərini Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Vüqar Qəmbərovdan öyrənir.
Uzun illər ərzində formalaşmış peşəkar mühitdə bir çox yeniyetmə gələcəyini futbolla bağlayıb. Süni örtüklü mini-futbol meydançalarında məşqlərini davam etdirən "Azəri" futbol klubunun heyətində yer alan oyunçular təkcə idmançı kimi deyil, həm də cəmiyyət üçün örnək vətəndaş kimi yetişir.
Qeyd edək ki, Elxan Abdullayev, Elman Sultanov, Aslan Kərimov, Rauf Mehdiyev və başqaları vaxtilə "Azəri"nin şərəfini qoruyub.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |