İtaliyalılar İslam Kərimovdan nəyi "öyrənməlidi"? - Səhv yoldan dönmək olarmı? QEYD
"İtaliyanın yeniyetmə futbolçulardan ibarət "İnviktasauro" komandasının baş məşqçisi Massimiliano Riççini "Marina Kalço" üzərində 27:0 hesablı qələbə qazandıqları görüşdən sonra istefaya göndərilib" - bu xəbər son günlər idman mətbuatının gündəmindən düşmür. Belə qərara səbəb rəqibə hörmətsizlik olub. Klub prezidenti Paolo Brogelli bildirib ki, belə böyük hesabla qalib gəldiklərini eşitdikdən sonra təsirləniblər: "Belə halın baş verməsindən dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə tam ziddir. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır. Amma bu, bizim oyunda olmadı".
Rəqibdən dönə-dönə üzr istəyən Brogelli klub rəhbərliyi olaraq, yekdilliklə baş məşqçilərini istefaya göndərdiklərini açıqlayıb: "Məşqçilərimiz təkcə gənc futbolçuları məşq etdirməməli, həm də ilk növbədə, onları tərbiyə etməlidirlər. Bunu "Marina Kalço" ilə oyunda görmədik".
Bu hadisə mənim yadıma ötən il AFFA-nın təşkil etdiyi U-12 liqasında qeydə alınan nəticələri saldı. Həmin vaxt əməkdar məşqçi İslam Kərimovun rəhbərlik etdiyi "Neftçi"i "İsgəndər Cavadov"un qapısından 29 top keçirmişdi. Oyun bitəndə İslam müəllim və yetirmələrinin sevinməsinin fonunda rəqibin heyətində yer alan uşaqların hamısı göz yaşı tökürdü, hətta canlı şahidi olduğum matçda bir neçə valideyn belə ağlamaqdan özünü saxlaya bilməmişdi. Elə həmin "Neftçi"li oyunçuların daha bir görüşdə "Xətai" komandasına 34-0 qalib gəlməsini, həmçinin digər klubların rəqiblərini iki rəqəmli hesablarla yenməsini yadıma salanda bizim əsl futbol dünyasından nə qədər uzaq düşdüyümüzü görmək mümkündü.
Əslində italiyalı futbol adamlarının bu addımı uşaq futbolunda ən doğru yanaşmadır. Və bu hadisə bir daha sübut edir ki, nəticə qazanmaq xatirinə uşaqları psixoloji cəhətdən sındırmaq, rəqibi alçaltmaq olmaz. Futboldan xəbəri olmayan klub rəhbərliyinin gözünə girmək üçün futbolun adına ləkə gətirən, onun gözəlliyini məhv edən bu nəticələr daim pislənilməlidi. Yəqin ki, nə vaxtsa bizim futbolumuz haqqında da belə xəbərlərə rast gələcəyik. Ancaq həmin vaxt haçan olacaq, onu bilmirik...
Ramil Özsoy
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |