“Sumqayıt”ın Müşahidə Şurasına yeni üzvlər seçildi - FOTO
"Sumqayıt" futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, SOCAR "Azərikimya" İstehsalat Birliyində keçirilən iclasda "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.
"Sumqayıt" futbol klubunun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib.
Yekunda "Kapital Bank" ASC-nin Müştəri Menecmenti və Məhsullar Departamentinin direktoru Fərid İslamov, həmçinin "Paşa Həyat Sığorta" ASC-nin satış və marketinq departamentinin rəisi Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.
İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı tapşırıqlar verilib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |