“Sent-Etyen”lə Bakıdakı oyunda 3 xal qazana bilərik”
"Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun səfər matçında "Sent-Etyen”lə (Fransa) qarşılaşıb. Sportfm.az xəbər verir ki, meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnən görüşdən sonra "qırmızı-qaralar”ın yarımmüdafiəçisi Asif Məmmədov matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb: "Oyundan əvvəl rəqibi təhlil edib, bu komandadan xal almağın mümkünlüyünü görmüşdük. Qarşılaşmanın gedişi də bunu göstərdi. Düzdür, müdafiədə bir az çox oynayırdıq. Lakin bu da səfərdə çıxış etməyimizlə bağlıdır ki, normal qarşılanmalıdır. Görüş 0:0 hesabı ilə başa çata bilərdi. Amma bəxtsizlikdən öz qapımıza vurduğumuz qol xal qazanmağımıza mane oldu. Heyətdəki itkilər də oyunumuza təsirini göstərdi. Tam heyətlə oynayıb, "Sent-Etyen”lə Bakıdakı matçda nəinki 1, hətta 3 xal da qazana bilərik. Oyunu ümumilikdə normal səviyyədə keçirdik. Xal qazanmağımıza səfərdə oynamağımız və "Sent-Etyen”in adı mane oldu. Hərçənd oyun vaxtı hiss etdik ki, bu komandaya qalib gəlmək də olar. Amma həddən artıq top itirdik. Daha inamlı oynayıb, topa nəzarət etməliydik. Fikrimcə, avtoqol qeydə alınmasaydı, rəqib qapımıza yol tapa bilməyəcəkdi”.
Biz İzləyin
REKLAM
Paylaşın
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |