Hakimlər mətbuat nümayəndələri üçün seminar keçdi - FOTO
Bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün seminar keçirilib.
Sportfm.az xəbər verir ki, hakimlər Komitəsinin sədri Fritz Stuchlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla çıxış edərək iştirakçıları salamlayıb. Ardınca F.Stuchlik seminarın proqramı barədə məlumat verib.
Proqrama uyğun olaraq, əvvəlcə 20 videoçarxdan ibarət viktorina keçirilib. İştirakçılar videçoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalara uyğun olaraq hansı qərarı verməli olduğu barədə xüsusi blanklarda qeydlərini aparıblar. Sonra Fritz Stuchlik Oyun Qaydalarına edilmiş əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Fasilənin ardınca oyunlarda mübarizə epizodları, penalti zərbələri, ofsayd qərarları, həmçinin ötən mövsüm Azərbaycan Premyer Liqasında qeydə alınmış maraqlı məqamlardan ibarət videoçarxlar nümayiş olunub, sual-cavab formatında müzakirələr aparılıb. Bundan başqa, videoçarxlardan ibarət viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.
Premyer Liqa və Birinci divizion hakimlərindən müxtəlif testlər götürmək üçün Bakıda səfərdə olan “Complex Core” şirkətinin nümayəndəsi Thomas Taro Netzer keçiriləcək testlər barədə təqdimatla çıxış edib.
Müxtəlif saytların və televiziyaların nümayəndələrinin, eləcə də AFFA-nın və Peşəkar Futbol Liqasının əməkdaşlarının iştirakı ilə keçirilmiş seminara xatirə şəkli çəkdirilməklə yekun vurulub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |