Albaniyanın “Partizani” komandasının “Qarabağ”a qarşı Bakıda keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı üçün təxmini start heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Franko Lerda Tiranada qolsuz heç-heçə ilə başa çatan oyuna nəzərən “11-lik”də 2 dəyişiklik edəcək. O, sol cinah müdafiəçisi Esin Hakayı Lorents Traşi ilə əvəzləyəcək. Hücumçu Emmanuel Mensanın yerinə isə Brayan Braun meydana çıxacaq.
Komandanın ötən gün keçirilən, eləcə də bu günə nəzərdə tutulan məşqləri mətbuata qapalı olacaq.
Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq.