Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
“Qarabağ”ın U-13 komandasında Vüqar Bağırov adlı bir uşaq vardı. Olduqca istedadlı idi. Hamı ondan danışırdı.
Bu uşaqda, gələcəkdə yaxşı futbolçu olmaq üçün bütün xüsusiyyətlər mövcuddur. Qalırdı yaxşı klubda yaxşı məşqçilərin nəzarəti altında inkişaf etməsi.
Amma indi o uşaq “Qarabağ”da deyil. Səbəbi deyim, gözləriniz bərəlsin. Nə baş veribsə, “Qarabağ”ın məşqçisi Araz Bağırov başlayıb bu istedadı sıxışdırmağa, incitməyə. Soruşanda da deyib ki, mən onu indi sındırmasam, məşqçisini tanımaz. 2017-ci ildə “Qarabağ” Gürcüstanda-Saburtaloda beynəlxalq turnirdə çıxış edərkən gürcülər bu uşağı bəyəniblər, onu komandaya dəvət ediblər. Ancaq həmin vaxt “yox” cavabı alıblar. “Qarabağ”ın məşqçisinin 13 yaşlı uşağı sındırmaq istəyindən sonra valideyni Vüqarı götürərək üz tutub Gürcüstana. “Saburtalo”da onu dərhal akademiyaya qəbul ediblər, yer ayırıblar, valideyninə iş də veriblər.
Təxminən bir il əvvəl də “Qarabağ”da oynayan çox istedadlı bir uşağın valideyni mənə müraciət etmişdi. Bildirmişdi ki, komandanın U-15 komandasına yeni məşqçi təyin edilib. O da özü ilə bir neçə uşaq gətirib. Onlara yer etmək üçün komandanın liderlərindən qurtulmağı lazım bilib, başlayıb onları sıxışdırmağa. Bununla bağlı yazdım. Güman etdim ki, “Qarabağ”da məsələni araşdırarlar, heç bir təhsili olmayan, heç vaxt da futbol oynamayan yeni məşqçinin hoqqalarına münasibət bildirərlər. Bildirdilər. Uşağı məşqlərdən uzaqlaşdırdılar. Həmin vaxt “Qarabağ”ın əsas komandası xaricdə təlim-məşq toplanışında idi. Uşağın valideyninə klubdan deyiblər ki, Qurban Qurbanov zəng edərək o uşağın komandadan uzaqlaşdırılmasını tələb edib.
Sonradan öyrəndim ki, həmin təhsilsiz məşqçi Qurbanovun dostunun oğludur.
Bax, dostlar, belə-belə işlər. İndi bildiniz “Qarabağ”da niyə futbolçu yetişmir? Nəinki “Qarabağ”da, Azərbaycanda futbolçu yetişməməyin isə daha 99 səbəbi var.
Natiq Muxtarlı
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |