"Azərbaycan yığması topla daha yaxşı rəftar edirdi" - Macar futbolçu
“Bizimlə müqayisədə Azərbaycan yığması topla daha yaxşı rəftar edirdi. Lakin biz rəqib qapısı önündə daha effektli oynadıq”.
Sportfm.az xəbər verir ki, bunu Macarıstan komandasının futbolçusu Villi Orban deyib.
AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan ilə Bakıdakı görüşündə iki qol vuran 27 yaşlı müdafiəçi matç barədə fikirlərini açıqlayıb.
Yığmada 7-ci oyununu keçirən müdafiəçinin hesabında üç qol var. Orban 3:1 hesablı qələbənin sevindirici olduğunu qeyd edib:
“Bilirəm ki, bu qələbədən sonra qrup liderliyinə yüksəldik. Amma bu haqda danışmaq hələ tezdir. Çünki hələ seçmə mərhələnin əvvəlidi.
İyunun 11-də bizi daha bir vacib matç – Uelslə sınaq gözləyir. Ümid edirəm ki, qələbə ilə zirvədəki mövqeyimizi qoruyacağıq”.
V.Orban müdafiəçi olsa da, dubla imza atmasına da münasibət bildirib: “Vurduğum iki vacib qolla komandamın qələbəsinə kömək etdiyim üçün şadam.
İkinci qolda bəxtim gətirdi. Top qapı xəttinin üzərində dizimə dəydi. Son vaxtlar komandamız məhsuldar çıxış edir.
Bunu Balaş Cudcakın gözəl oyunu ilə əlaqələndirərdim. O, komanda yoldaşlarına gözəl ötürmələrlə qol imkanları yaradır.
Əminliklə deyə bilərəm ki, bu da komandamızın əsas silahlarından biridi”.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |