Oyun satan sabiq "Turan"lı futbolçuya sanksiya qoyuldu
Gürcüstan Futbol Federasiyasının İntizam və Futbol Mübahisələri üzrə Komissiyasının iclası keçirilib.
Sportfm.a xəbər verir ki, iclasda danışılmış oyunlara görə saxlanılan futbolçuların məsələsinə baxılıb.
Toplantıda həmin futbolçulardan 5-nin futbol fəaliyyətinə qadağanı nəzərdə tutan sanksiya qoyulub.
“WIT Georgia”nın üzvü olan futbolçular arasında vaxtilə “Turan”da çıxış etmiş Nikoloz Maisuradze də var.
30 yaşlı yarımmüdafiəçi 2012-2013 mövsümünün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib. O, həmin ilin martında əyalət təmsilçisinə cəlb olunub, avqustda isə indiki klubuna keçib.
Maisuradze Azərbaycan Premyer Liqasında "Turan"ın heyətində 8 oyuna çıxıb. 2012-2013 mövsümündə Tovuz komandası sonuncu yeri tutaraq, I Diviziona enib.
Komissiyanın digər qərarı ilə “WIT Georgia” futbol klubu 6 xal itirib və 50 min lari (18 min dollardan çox) məbləğində cərimə olunub.
Mayın 20-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyasında şübhəli bilinən 11 nəfəri saxlayıb.
Mayın 22-də keçirilmiş məhkəmənin qərarı ilə onların 4-ü həbs olunub, 7-sinin hər birinə qarşı 10 min lari məbləğində cərimə təyin olunub. N.Maisuradze də cərimələnən futbolçular arasında yer alıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |