Bakı finalı üçün neçə əcnəbiyə “ASAN Viza” verilib?
Bakıda keçirilən UEFA Avropa Liqasının finalı oyununa baxmaq üçün 12 min 628 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza əldə edib.
Sportfm.az xəbər verir ki, Azərbaycana viza məqsədi ilə onlayn qaydada müraciət edənlər üçün www.evisa.gov.az portalına “Europa League Final” seçimi əlavə edilərək həm finala gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahat viza əldə etmələri təmin edilib, həm də statistik hesabatların və təhlillərin düzgün aparılması yerinə yetirilib.
Hazırlıqlar ərəfəsində, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında “ASAN Viza” terminallarının və xidmət pəncərələrinin sayı iki dəfədən çox artırılaraq 44-ə çatdırılıb.
Əcnəbilərin Gürcüstandan da Azərbaycana səfər edə biləcəklərini nəzərə alaraq Sınıq Körpü və Sadıxlı sərhəd keçid məntəqələrində “ASAN Viza” xidmət pəncərələrinin fəaliyyəti təmin edilib.
Eyni zamanda vurğulamaq lazımdır ki, hava limanlarında gəliş vizalarının verilməsi proseduru xüsusi UEFA modulu vasitəsilə 2 dəqiqədən 20 saniyəyə qədər azaldılıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |