"Oyunun ciddiliyini yaxşı dərk edirik" - Nikola Yurçeviç
"Əvvəlki toplanışla ikinci arasında fərq böyükdür. Öncəkində 5-6 gün bir yerdə olduqsa, indi vaxtımız çoxdur".
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya yığmaları ilə oyunlara hazırlıq haqqında danışarkən deyib.
Xorvatiyalı mütəxəssis "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında bildirib ki, futbolçuların fərqli vaxtlarda düşərgəyə qoşulması işi qəlizləşdirir: "Eləsi var mayın 19-dan bizimlədir. Toplanışa 16 nəfərlə başladıq. Bir neçə gün bu cür davam edəcəyik. Mayın 24-dən etibarən Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov və Renat Dadaşov bizə qoşulacaq. İyunun 3-də isə ölkə xaricində çıxış edənlər - Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov gələcəklər".
Baş məşqçi Macarıstan və Slovakiya ilə matça yaxşı kökləndiklərini bildirib: "Oyunun ciddiliyini yaxşı dərk edirik. Hamımız yüksək əhval-ruhiyyədəyik. Optimistəm, stadion da dolacaq və yaxşı nəticə əldə edəcəyik. Hazırlığın sonunda 27 nəfər olacağıq. Lakin matç zamanı yəqin 2-3 nəfər heyətdə yer almayacaq".
Yurçeviç əsas yığmanın iyunun 1-də Azərbaycanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcəyini söyləyib: "U-21 ilə yoldaşlıq oyunu keçirmək təkcə bizim problem deyil. Çünki FIFA-nın pəncərəsi 6-12 iyunu əhatə edir. Bəzən elə olur ki, istədiyini edə bilmirsən. Məsələn, Xorvatiya millisi 4-cü liqa komandasına qarşı oynayacaq".
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |