"Orda gördüklərim məni çox heyrətləndirdi" - Beynəlxalq turnirdən dönən məşqçimiz
Xorvatiyanın Split şəhərində 12 yaşlı futbolçular arasında keçirilən "Dalmatinko Cup" turnirində iştirak edən "Sabah" vətənə dönüb.
Yarışın qrup mərhələsini birinci pillədə başa vuran Samir Əbdürəhmanovun yetirmələri 1/4 finalda Monteneqronun "Brejnitse" klubuna oyunsonrası penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb. Balkan yarımadasındakı turnirlə bağlı "Sabah"ın çalışdırıcısı Samir Əbdürrəhmanovu danışdırmaq qərarına gəldik. Məlum oldu ki, uşaq futbolunda uğurlu nəticələrə imza atan mütəxəssis orda gördüklərindən çox heyrətlənib: Balkan futbolu deyəndə ağlımıza ilk olaraq dünyanın yaşıl meydanlarında çıxış edən xeyli sayda legioner gəlir. Sabiq Yuqoslaviya respublikaları sanki konveyerdir. Bu ölkələr güc və sürətli futbola üstünlük verirlər. Onların konkret futbol mentaliteti formalaşıb.
- Onların uşaq komandalarının çıxışında əsas millilərin futboluna oxşarlıq varmı?
- Hamısı ucaboy olan yerli uşaqlar dinamik futbol nümayiş etdirirlər. Onlar oyunboyu daim hərəkətli olurlar, ötürmə verən kimi "açılırlar". Meydanda nə edəcəklərini və hansı qərarı verəcəklərini çox gözəl bilirlər. Yəni verdim, dayandım baxdım futbolu oynamırlar. Eynən Balkan ölklərinin adlı-sanlı milliləri kimi.
- Bir məşqçi kimi bu turnirdən hansı təəssüratlarla ayrıldınız?
- Orda görüdüklərim məni çox heyrətləndirdi. Təşkilatçılıq, təbii ot örtüklü stadionlar, komandaların səviyyələri çox yaxşı idi. Komandamız üçün bu turnir böyük təcrübə oldu. Uşaqların nəyə qadir olduqlarını gördüm. Onlar böyük təcrübə qazandılar.
- Rəqiblər arasında hansı komandanı xüsusilə qeyd edə bilərsiz?
- Birmənalı şəkildə Split "Hayduk"unu. Mobil, sürətli və gözəl oyun sərgiləyirdilər. Onların akdemiyası Xorvatiyada ən yaxşılardan biridir. Biz onlara qalib gəlməyi bacardıq. Təbii ki, bu nəticə orda hər kəs tərəfindən maraqla qarşılandı. Mütləq şəkildə uşaqlarımız belə turnirlərdə tez-tez iştirak etməlidi. Fərqi yoxdur hansı komandadır, neçə yaşlılardır, əsas odur ki, Azərbaycan futbolunu təmsil etsinlər.
- Bir məşqçi kimi yeni nəsə öyrəndinizmi?
- Əlbəttə, çox şey öyrəndim. Maraqlı yarış idi. 1/4 final mərhələsində komandaların hamısı penaltilərlə növbəti mərhələyə vəsiqə qazandı. Təsəvvür edin ki, orda hər ay belə turnirlər təşkil edilir. Bizim komandamız üçün "Dalmatinko Cup"-ın uğurlu alındığını deməliyəm.
- Orda çıxış edən komandalar əsasən futbol akademiyalarını təmsil edirdi.
- Bəli, mən də buna fikir verdim. Bu bir daha onu sübut edir ki, futbol akademiyaları olmalıdı, sistemli iş aparılmalıdı. O zaman biz futbolda uğur qazana bilərik. O zaman biz milli komandamızın uğurlu çıxış edəcəyinə ümid edə bilərik.
- Belə görünür ki, Xorvatiyanın Avropada ən güclü yığmalardan biri olması təsadüfi deyil.
- Qətiyyən. Adamlar uzun illərdir bu sahədə əməlli-başlı iş aparır və təbii ki, bəhrəsini də görür. Az maliyyə ilə düzgün sistem qurublar. Avropanın nəhəng klubları gəlib xorvatiyalı uşaqları izləyir, seçim edirlər. Bu yaxınlarda 12 yaşlı yerli uşağı "Barselona" transfer edib.
Qeyd edək ki, "Sabah" qrupda "Primorats-2"-yə (1:0), “Hayduk”a (1:0) və “İmotski”yə (2:0) qalib gəlmiş, "Qurnik"lə heç-heçə (0:0) etmişdi.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |