"Qarabağ" ardıcıl 6-cı dəfə Azərbaycan çempionu oldu, "Səbail" avrokuboklarda!
Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, “Qarabağ” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. 27-ci turda doğma meydanda “Səbail”i 4 cavabsız qolla məğlub edən Ağdam klubu xalını 63-ə çatdırıb və ən yaxın izləyicisi “Neftçi”nin oyununun nəticəsindən asılı olmayaraq, əlçatmaz olub.
Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə ölkə çempionu olub. "Səbail" isə bu mövsüm Azərbaycan Premyer Liqasının 2018/19 bürünc medallarını qazanıb. Paytaxt klubu sona 1 tur qalmış 4-cü pillədəki "Qəbələ"ni 4 xal qabaqlayır. "Dənizçilər" bürünc medalı təmin etməklə yanaşı, tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib.
"Qarabağ" Azərbaycanı Çempionlar Liqasında, "Neftçi" və "Səbail" isə Avropa Liqasında təmsil edəcək. Avropa Liqasına vəsiqənin son sahibi ölkə kubokunun "Qəbələ" və "Sumqayıt" arasında keçiriləcək final görüşündən sonra bəlli olacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |