İnsanlara futbolu sevdirən ukraynalı - VİDEO
Andrey Şevçenko 29 sentyabr 1976-cı ildə Kiyev vilayətinin Yaqotinskiy rayonunun Dvorkovşina kəndində dünyaya gəlib. Artıq üç il sonra Şevçenkonun ailəsi Kiyevə köçüb. Çox az adam bilir ki, Andrey əslində ADR-də dünyaya gələ bilərdi. Çünki gələcək ulduz futbolçunun atası Sovet ordusunun zabiti idi. Nikolay Qriqoryeviç Almaniyada yerləşdirilimiş sovet hərbi hissələrindən birində xidmət edirdi. Andreyin doğulmasına 2 ay qala Lyubov Nikolayevna vətənə yollanmaq qərarına gəldi. Tezliklə həyat yoldaşı Nikolayda Kiyevə geri dönəcəkdi. Oğlu dünyaya gəldikdən sonra – "Böyüyüb zabit olacaq”- deyə, Nikolay Şevçenko sevindirdi. Atası Andreyi özü kimi hərbçi görmək istəyirdi. Ancaq tale başqa cür qərar verdi. Əvvəllər məktəbdə hokkeyə daha çox maraq göstərən Andreyi atası futbola doğru yönləndirməyə başladı. Şevçenkonun 9 yaşı olanda Oleksandr Şpakov onu "Dinamo”nun yeniyetmə komandasına cəlb etdi. 1986-cı ildə "Şeva” az qala ümumiyyətlə futbolla vidalaşacaqdı. Buna səbəb isə bütün dünyanı sarsıdan Çernobıl AES-də baş verən qəza idi. "Olanları biz artıq Azov dənizinin sahilinə köçürüldükdən sonra öyrəndik”, Andrey danışırdı. Məktəbə getməyən Şevçenkonun beynində artıq İtaliyaya baş tutacaq səfər vardı. "Dinamo”nun 12 yaşlılardan ibarət komandası turnirdə iştirak etmək üçün bu ölkəyə yollanacaqdı. Milanda "San-Siro” stadionuna ayaq basan yeniyetmə sevincindən yerə-göyə sığmırdı:”Bu yuxudur! Fantastik bir yuxu” – o düşünürdü. Bir həftə sonra yuxu sona çatdı və Kiyevə geri dönmək lazım oldu. Ancaq yola çıxmadan öncə son dəfə stadiona gedən "Şeva” qəpiyi ot örtüyünə ataraq:”Yenidən qayıtmaq ümidiylə!”-düşünüb, Milandan ayrıldı. Və qayıtdıda. 1999-cu ildə 25 milyon dollara Andrey Şevçenko İtaliya nəhəngi "Milan”la müqavilə bağladı. İtaliyaya köçən gənc ukraynalı ilk mövsümdə 24 qol vurdu. Sonrakı mövsümlərdə eyni uğurla çıxış edən "Kiyevli oğlan” dünyada adından söz etdirdi. Bu gün Şevçenkonun doğum günüdür, dahi futbolçunun 40 yaşı tamam olur. Ukrayna futbolunun canlı əfsanəsinin Çempionlar liqasında "Bavariya”ya vurduğu il qolu sizlərə təqdim edirik.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |