Ardıcıl 4-cü yarımfinal: "Qarabağ"la 52-ci oyun
Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək. Finala vəsiqə uğrunda dueldə “Qarabağ”la üz-üzə gələcək “Qəbələ” ilk oyununu evdə keçirəcək.
Sportfm.az xəbər verir ki, tarixində 7-ci dəfə yarımfinalda mübarizə aparan “qırmızı-qaralar” üç mövsümdə - bu mərhələni uğurla adlayıb. Ardıcıl 4-cü dəfə yarımfinal oynayacaq komandamız son iki mövsümdə finala yüksəlməyə nail olub.
Ağdam təmsilçisi ilə iki gün sonra keçiriləcək matç rəqiblər arasında 52-ci duel olacaq. 11 dəfə qalib gələn “Qəbələ” 17 heç-heçə edib və 23 dəfə uduzub. Rəqib qapısına 45 qol vuran komandamız 66 top buraxıb. Əvvəlki 51 oyundan 44-ü Premyer Liqa çərçivəsində keçirilibsə, 7-sisi Azərbaycan kubokuna təsadüf edib. 4 dəfə yolları kəsişən rəqiblər 1/4 finalda üç, finalda bir dəfə mübarizə aparıblar. Bu 7 matçdan beşində heç-heçə qeydə alınıb. Hərəyə bir qələbə qazanan komandaların kubok mübarizəsində “Qəbələ” 5, “Qarabağ” 6 qol vurub. Qəbələdəki üç matçın hamısında heç-heçə qeydə alınıb.
Xatırladaq ki, aprelin 23-də keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 16:00-da başlayacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |