Tək əldən səs çıxmaz... Mİllimizin oyunu ilə bağlı QEYD
"Millimiz AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzdu" - qulağa xoş səslənir, elə deyilmi?
Azərbaycan yığmasının uzun müddətli təlim-məşq toplanışı keçmədən, yoldaşlıq görüşləri oynamadan Zaqrebdəki vahiməli "Maksimir" stadionunda minimal məğlubiyyəti hər kəsi ümidləndirdi. Həm də nəzərə almaq lazımdır ki, bizlər dünya ikincisinə qarşı oynayırdıq və onların heyətində planetin ən dəyərli futbolçularından biri olan Luka Modriç vardı. Bəs, necə oldu ki, bir müddət öncə Millətlər Liqası çərçivəsində Kosovo ilə matç üçün Balkan yarımadasına yollanan, meydanda varlığı ilə yoxluğu bilinməyən, əzilən, döyülən, təhqir edilən futbolçularımız 4 ay sonra xorvatlar önündə diz çökmədi, qorxmadı, döyüşdü? Axı, komandamızın yeni təyin edilən baş məşqçisi Nikola Yurçeviç bu futbolçularla cəmi 3-4 gün bir yerdə oldu, bəzilərini ancaq Premyer Liqa matçlarında izləmək şansı yaxaladı. Hətta, içi mən qarışıq çoxları xorvat çalışdırıcını sifarişli heyət qurmaqda günahlandırdı. Təbii ki, Xorvatiya kimi əzəmətli rəqiblə oyunda böyük hesabla məğlub olmamağımızın əsas səbəbi məşqçinin komandanı psixoloji cəhətdən düzgün hazırlamasıdı. Yurçeviç bizlərə bir daha sübut etdi ki, bu ölkədə aşağı-yuxarı 15-20 futbolçu var. Və onlardan hansını meydana buraxmağın böyük fərqi yoxdu. Sadəcə olaraq, oyunçuların potensialına uyğun düzgün taktika seçilməlidi. Ən əsası isə komanda meydana uduzmamaq üçün yox, xal almaq üçün çıxmalıdı.
Ötən gün Azərbaycan yığması səfərdə güclü komanda önündə öz maksimunu nümayiş etdirdi. Yurçeviçin oyunçu seçimi ilə bağlı etdiyi yeniliklər də maraqlı idi. Mənim fikrimcə, uzun müddətdir yığmada görünməyən Eddi İsrafilov Azərbaycan yığmasının ən yaxşısı idi, baxmayaraq ki, Ramil Şeydayev qol vurdu. İsrafilov ağıllı oyunu, yerində pauzaları və ötürmələri ilə millimizə çox xeyir verdi. Komandamızın müsbət cəhətdən fərqlənən digər oyunçusu Dmitri Nazarova onun verdiyi ötürməni qola çevirmək mümkün olsaydı, Eddi matçın qəhrəmanı olacaqdı. Bəli, Nazarov məhz ən yaxşılardan idi. Meydanda olduğu müddətdə öz çalışqanlığı ilə göz oxşayan "soydaşımız" yorulduğu üçün əvəzləndi. Hiss olunur ki, son zamanlar öz klubunda ehtiyatda qalan Dima ideal fiziki formasından uzaqdı. Azərbaycan yığmasının "Maksimir"də dizi əsməyən və etibarlı oyun nümayiş etdirən digər futbolçusu Bədavi Hüseynov oldu. "Qarabağ"ın müdafiəçisi bir neçə epizodda real təhlükənin qarşısını almaqla da yadda qaldı. Müdafiənin mərkəzində yer alan Rahil Məmmədovun həyəcanlı olduğu, potensialından aşağı çıxış etdiyini vurğulamaq lazımdı. Eləcə də Maksim Medvedev xorvatların sürətli cinah keçidlərinin qarşısını almaqda aciz qalmışdı. İstər vurulan birinci qolda, istərsə də xorvatların Səlahətin qapısına yol tapdığı ikinci epizodda Medvedev səhvə yol verdi. Səlahətdən söz düşmüşkən, uzun illər sonra çərçivədə Kamranı əvəz edən "Neftçi"nin 1 nömrəsi matçboyu həyəcanını boğa bilmədi. Hər iki qolu, qapıçı məşqçilərinin dediyi kimi "götürmək olardı". İlk epizodda boşa çıxan, ikinci qolda isə mövqe seçimində səhv edərək, Kosovadakı qolun eynisini "yeyən" Ağayevin bir neçə real qol vəziyyətini önlədiyini də söyləmək yerinə düşər. Riçard Almeyda və Qara Qarayevin öz işinin öhdəsindən gəlmədiyi, Modriç və digərlərinin önündə itib-batması, Şəhriyar Rəhimovun isə beynəlxalq təcrübə sarıdan axsadığı aşkar görünürdü. Və gəldik Ramil Şeydayevə, Azərbaycan yığmasının qol ümidinə. Son zamanlar "Krilya Sovetov"da qollarını sıralayan Ramil Zaqrebdə öz çalışqanlığı ilə yenə göz oxşayırdı. Vurduğu qol isə onun nə qədər effektli qoleador olduğunu bir daha sübut etdi. Ancaq Ramil bu görüşdə səhvləri ilə yadda qaldı. Şeydayev komandamız müdafiə olunan zaman paylaşım və yerində müdaxilə ilə bağlı ciddi nöqsanlara yol verirdi. Onun 2 epizodda hücum edərkən gərəksiz ötürmələri və Vidaya mübarizələri uduzması da, gözdən qaçmadı. Xorvatiya ilə qarşılaşmada millimizin ən zəif bəndinin kim olduğunu soruşsanız, şübhəsiz hər kəs Mahir Mədətovun adını çəkəcək. Bəli, "Qarabağ"lı böyük istəklə meydana çıxsa da, hələ ki, böyük oyunlarda özünü göstərə bilmir. Mədətov meydanboyu çalışqan görünsə də, 0 effektlə oynayırdı. Elə yaşıl meydana sonradan ayaq basan Abdullayev də əvvəlki Araz olmadığını göstərdi və ona bəslənilən ümidləri doğrultmadı. Emin Mahmudov oyuna sonradan daxil olaraq, xorvatların sürəti və hücumları qarşısında başını itirən digər oyunçumuz oldu.
Xorvatiya ilə görüş bir daha göstərdi ki, tək əldən səs çıxmaz. Yəni, müdafiədə oturub, topu Ramil Şeydayevə çatdıraraq, uğurlu nəticələrə ümid etmək ağılsızlıqdır. Oynamaq lazımdır...
Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |