""Qarabağ"ın xal itirdiyini bilirdilər və bu onlarda sanki ikinci nəfəs yaratmışdı" - Mütəxəssis rəyi
Topaz Premyer Liqasında 20-ci turun görüşləri arxada qaldı. Son turlarda olduğu kimi, bu dəfə də yığmamızın sabiq üzvü, hazırda məşqçi kimi çalışan Samir Əbdürrəhmanov arxada qalan oyunları Sportfm.az saytının oxucuları üçün analiz etdi.
"Keşlə" - "Sabah" 3-0
"Bu qələbə ev sahiblərinə çox lazım idi. Tərlan Əhmədovun komandası 3 xal qazanmaqla yanaşı, inmalı oyunu ilə də xoş təsir bağışladı. Onların rəqibləri isə hazırda çətin dönəmdən keçir. "Sabah"ın eniş dövrünü yaşadığı hiss olunur. İnanıram ki, tezliklə bu komanda öz oyununu tapacaq".
"Qarabağ" - "Zirə" 0-0
"Qonaqların əsas məqsədi bu görüşdə xal qazanmaq idi. Onu da bacardılar. "Zirə"nin səfərdə "Qarabağ"la qazandığı 1 xal, qələbəyə bərabərdir. Ağdam klubu isə bu qarşılaşmada yaxaladığı qol epizodlarını dəyərləndirsəydi, hesab onların xeyrinə olacaqdı. Ancaq, futbolda bəzən belədə olur".
"Qəbələ" - "Səbail" 2-1
"Görünən odur ki, "Qəbələ" oyundan-oyuna artırır. Artıq kimsə "Qəbələ"ni autsayder saymır. Və bu matçda onlar avrokuboklara çıxmaq uğrunda əsas rəqiblərindən birini məğlub etdilər. Qonaqlar da pis təsir bağışlamadı. Sadəcə ev sahiblərinin heyətində yer alan futbolçuların ustalığı öz sözünü dedi".
"Sumqayıt" - "Neftçi" 1-2
"Roberto Bordinin komandası bu görüşdə dönüş etdi. Flaqmanın futbolçuları çempionluq uğrunda əsas rəqibləri olan "Qarabağ"ın xal itirdiyini bilirdilər və bu onlarda sanki ikinci nəfəs yaratmışdı. Meydanda sona qədər mübarizə apadılar və qalib gəldilər. Sonda bu qələbə çox həlledici ola bilər. "Sumqayıt" isə hələ ki, qeyri-stabildir və öz oyununu tapa bilmir".
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |