Aşıq Azərbaycan klubunun sponsoru oldu
Atabəy Əlixanov “Qobustan”ın oynayan məşqçisidi.
Sportfm.az xəbər verir ki, Bakı Kəndlər Futbol Federasiyası tərəfindən “Banişevski turniri”nin ən yaşlı oyunçusu üçün nəzərdə tutulan mükafatla təltif olundu.
Yaşı neçədi? Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “Qobustan”a hansı tanınmış şəxs maddi dəstək olur?
Bu kimi sualların cavabını Əlixanovla blits-müsahibədə öyrənəcəksiz.
İkinci dövrəyə vacib qələbə ilə başladız.
- Bəli, “Hunters” bizdən irəlidə idi, 2-ci pillədə qərarlaşmışdılar. Güclü rəqiblə ilk dövrədəki görüşdə onlar bizdən üstün oynamışdı. Bu dəfə biz intizamlı və əzmkar çıxış etdik.
“Qobustan”ın yaxın və uzaq hədəfləri nədi?
- Bu mövsüm Bakı birinciliyinin qalibi olmaq istəyirik. Dəfələrlə həm həvəskarların çempionatının, həm də “Banişevski turniri”nin mükafatçısı, qalibi olmuşuq. Yenə eyni uğura köklənmişik. Düzdü, builki xatirə turnirini qazana bilmədik. Ancaq 3-cü yeri tutduq, mükafatlandırıldıq. Növbəti mövsüm Region Liqasında oynamağı qərara almışıq. Sentyabrda yarışa qoşulacağıq.
Yeri gəlmişkən, “Banişevski turniri”ndə çıxış edən ən yaşlı oyunçu kimi şəxsi mükafat aldız.
- Neçə ildi “Qobustan”ın oynayan məşqçisiyəm. Baxmayaraq ki, yaşım elə də çox deyil. 34 yaşım var. Ancaq BKFF-nin yarışında əsasən gənclər çıxış etdiyi üçün mən “qoca” sayılıram. Sağ olsun, federasiya rəhbərliyi məni yaddan çıxarmadı. Həm veteran futbolçu, həm də məşqçi kimi komandamın intizamına ciddi diqqət yetirirəm.
Yəqin komandanı şəxsi maliyyəniz sayəsində təmin edirsiz?
- Belə deməzdim. Bizə dəstək olan insanlar var, onların haqqını yeməyək. İnanın, təmənnasız yardım göstərirlər, hətta bu dəqiqə adlarını çəksəm, bəlkə də inciyəcəklər. Xüsusilə Aşıq Əlini qeyd etməliyəm. Həmişə bizə dəstək olub. Bəzi adamlar da var ki, forma, top, nəqliyyat vasitəsilə təmin edir.
“Qobustan” hansı stadionun xidmətindən yararlanır?
- Yaralı yerimizə toxunduz. Ən ciddi sıxıntımız meydan ilə bağlıdı. İndiyə qədər məşqlərimizi torpaq üstündə edirik. İstərdik ki, süni örtüklü də olsa, yaxşı meydanımız olsun. Qəzetiniz vasitəsilə AFFA-dan rica edirik ki, hansısa stadiondan sökülmüş “xalça” olsa, bizə versinlər. Onu öz meydanımıza döşəyək ki, yağışda, qarda onun üstündə oynaya bilək, məşqlərimiz axsamasın (Futbol+).
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |