Metal satan məşqçimiz: "Bir də eşidəcəksiz ki, özümü asmışam"
Bir vaxtlar Azərbaycanın ən məşhur məşqçilərindən olan Zakir Mahmudov çətin günlər yaşayır.
Sportfm.az xəbər verir ki, uzun müddətdir işsizlikdən əziyyət çəkən mütəxəssis "Futbol+” qəzetinin əməkdaşıyla söhbətində bildirib ki, buna görə evini satmağa məcbur olub:
"Evimi satıb, kirayədə qalıram. Hazırda elə vəziyyətdəyəm ki, heç kirayə pulunu da ödəyə bilmirəm. Həyat yoldaşım xəstədi, işləyə bilmir. Əlimdəki pulları verib, Sumqayıtda "Karvan” Ticarət Mərkəzində dükan almışdım. Orda yanğın oldu, dükanım içi dolu malla yanıb kül oldu. Bütün pullarım batdı. Görün nə günə düşmüşəm ki, gecələr metal yığıb satıram, onunla çörəkpulumu çıxarıram. "Neftçi” öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdu. Mənə heç olmasa 200-250 manatlıq bir iş versinlər, daxmamım kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm? Vallah, belə yaşamaqdan ölmək yaxşıdı. Bir də eşidəcəksiz ki, Zakir Mahmudov özünü asdı. Artıq yarım addım qalıb...”
Qeyd edək ki, vaxtı ilə "Şəmkir"də Ağasəlim Mircavadovun köməkçisi olan Z. Mahmudov "Karvan” UEFA kubokunda mərhələ adlayarkən də orada eyni vəzifədə çalışırdı.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |