Azərbaycanlı baş məşqçi İran millisindən təklif aldı
Bəhmən Həsənov indiyədək bir sıra klublarda çalışıb.
Ancaq biz onu əsasən «Rəvan»dakı fəaliyyətindən tanıyırıq.
Müxtəlif vaxtlarda 5 dəfə «sığortaçılar»ın sükanı arxasında yer alıb. Axırıncı iş yeri isə «Göyçə» olub, hansı ki, AFFA yenidən bərpa olunan bu komandanı I Diviziona buraxmaqdan son anda imtina etdi.
Həsənov artıq 2 ildi səhnədə yoxdu. Daha doğrusu, ölkə futbolu ilə bağlantısı kəsilib. İndi onun iş sferasına İran daxitldi.
Məsələ ilə bağlı danışan təcrübəli mütəxəssis qonşu ölkədəki çalışmalarından söz açıb.
***
«Rəvan» Premier Liqada oynayanda son turlara az qalmış İranın birinci liqasından, «Honəmihonə» komandasından rəsmi təklif gəlmişdi. Mən də İran futboluyla yaxından maraqlandım və düşündüm ki, orda işləmək olar. Həmin vaxt «Rəvan» rəhbərliyi söylədi ki, yeni mövsümdə daha da yaxşı şərait yaradılacaq və iddialı komanda olacaq. Mən də «Rəvan»ı Premyer Liqada saxladığım üçün qalmağı qərara aldım, İrandan gələn təklifə «yox» dedim.
***
İkinci təklif 1 il sonra İranın güclülər dəstəsində çıxış edən « Sepetrut»dan gəldi və mənə idman direktoru (fənni müdür) vəzifəsi təklif olundu. Komandanın plan-proqramı mən tərəfdən tərtib olunmalıydı. Rəşt şəhərinə yola düşdüm, baş məşqçi Nəzər Məmmədi ilə görüşdən sonra təklifi qəbul etmədim. Çünki futbola baxışlarımız tam fərqli idi.
***
Bakıya qayıtdım, «Göyçə»nin prezidenti Mübariz Məmmədov mənimlə əlaqə saxlayıb, birinci liqada çıxış etmək üçün iddialı komanda yaratmaq istəyini bildirdi. Komandanı formalaşdırdıq, 2 aya yaxın məşq və yoldaşlıq oyunları keçirdik, sonra aramızda yaranan narazılıqlara görə istefa verdim. «Göyçə»dən sonra başqa təklif olmadığına görə İrandan gələn başqa dəvətlə razılaşdım və Şiraza səfər etdim,
***
Şiraz şəhərində 2000-ə yaxın uşağı olan futbol akademiyanın rəhbəri Əhməd Rzadan məşqçilərə kurs keçmək üçün mənə dəvət gəlmişdi (texnika məşqinin metodikası, məşqlərin müxtəlif formada təşkili). Şirazda akademiya və yerli idarəetmə orqanları tərəfindən çox gözəl qarşılandım. Bütün şəhərə mənim şəklimi vurub, altından yazmışdılar ki, qardaş İran dövlətinə xoş gəlmisiz. Rəhbərlik etdiyim kursa bir neçə futbol akademiyasının və peşəkar klubların məşqçiləri də qatılmışdı. Kurs 1 həftə davam etdi. Nahara qədər nəzəri nahardan, sonra isə praktiki dərslər keçirildi.
***
Kurs bitən kimi İrandakı menecerimın təklifi ilə Rəştə döndüm və Şiraz akademiyasının 12 yaşlı futbolçularını Bakıya yola saldım. Menecerim 2-ci dəstədə çıxış edən «Şəhrdari Fumən» ilə müqavilə təklif elədi. Razılaşdıq, amma Mehrdad Minavəndi ikinci dəstənin gələcək karyeramda problemlər yarada biləcəyini söylədi və mənə «Maşinsazi»də yaya kimi işləməyı təklif etdi. Komanda birinci liqayla vidalaşmaq üzrə idi, turnir cədvəlinin 15-ci pilləsində qərarlaşmışdı. Komandanı məhşur futbolçu olmuş Rəsul Xətibi çalışdırırdı. Mən onları liqada saxlamaqda yardım etməliydim. 16 dekabr 2017-ci ildə Təbrizə getməliydim, 15 dekabrda klubda maliyyə durumu yaxşı olmadığı üçün Xətibi istefa verdi.
***
Ondan sonra mənə yeni komanda - Şirazdan «Bərq» təklif olundu. Komanda 4-cü yerdə gedirdi və məqsədi güclülər dəstəsinə vəsiqə qazanmaq idi. Sponsor klubdan imtina etdiyi üçün bir çox futbolçular da getmişdi. Burda nəticə qazanmaq mümkünsüz idi. Nə isə, Bakıya döndüm, ara-sıra İranın idman şəbəkəsinə 9 müsahıbə verdim. Əsasən oyun analizləri, Azərbaycanda futbolun inkişaf mərhələləri, İran ilə Azərbaycan futbolunun üstün və zəif cəhətləri, uşaq futbolu və milli akademiyalar, Rusiyada keçirilən dünya çempionatı, İran millisinin oyun analizləri v.s.
***
Mayda menecerim məni yenidən Tehrana dəvət etdi «Baderan»ın baş məşqçisi Məmməd Rəbiinin təklifİ ilə məni komandaya məsləhətçi kimi dəvət etmişdi. Təklifi qəbul etməkdə məqsədim İranın futbol mentalitetini yaxından öyrənmək idi. Maliyyə məsələsində razılığa gələ bilmədik.
***
Düşündüm ki, İranla əlaqələrimi daha da genişləndirim. Tehranda Məmməd Qisməti və Mahmud Korakçi ilə «Spor Sam» adında bir şirkət qurduq və «Qalatasaray»la əlaqə yaradıb İranda ilk rəsmi beynəlmiləl akademiyanın təməlini qoyduq. Hal-hazırda «Qalatasaray»ın İranda rəsmi nümayəndəsi bizim şirkətdi. İdman bazası tikmək üçün dövlətə müraciət etdik və şəhərdə böyük bir ərazini aldıq. İndi orda tikinti işləri gedir. Mahmud İranda tanınmış simadı. Həm millinin qapıçısı olub, həm də uzun müddət «Perspolis»in şərəfini qoruyub. Onun vasitəsilə bir çox kalifey futbolçularla, federasiyada işləyən şəxslərlə tanış oldum, evlərinə dəvət aldım. Keçmiş futbolçular - İsmail Ərdəlan və Zilli kimi tanınmış futbol veteranları müştərək akademiya qurmağımızı təklif etdilər.(sportinfo.az)
(ardı olacaq)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |