"Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportfm.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Şafik Tiqrudca ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
27 yaşlı oyunçu son olaraq Albaniyanın "Kukesi" klubunda çıxış edib. Tiqrudca bundan başqa, Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında oynayıb. O, "Zirə"də 48 nömrəli forma ilə çıxış edəcək.