"Real"ın forvardı Qaret Beyl İspaniya çempionatının 23-cü tur oyununda "Atletiko"nun qapısına vurduğu qolu (3:1) qeyri-etik şəkildə qeyd edib.
Sportfm.az xəbər verir ki, uelsli matçda rəqib qapısına vurulan üçüncü qolun müəllifi olub.
Beyl matçın 74-cü dəqiqəsində Luka Modriçin ötürməsini dəqiq zərbə ilə qapının uzaq küncünə göndərib.
Futbolçu rəqib qapısına yol tapmasını, birmənalı olmayan əl hərəkəti ilə təsvir edib. Bu, uelslinin "Real"ın heyətində 100-cü qolu olub.