"Belə davam etsəm, milliyə də dəvət alaram" - Rauf Əliyev
Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qəbələ" səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.
Sportfm.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin qələbə qoluna imza atan Rauf Əliyev jurnalistlərə müsahibə verib. Əliyev öncə oyunla bağlı danışıb:
- Gərgin oyun oldu. “Sabah” ilk hissədən etibarən 10 nəfərlə qalsa da, sona qədər mübarizə apardı. Bir az özümə də səhvlər oldu. Topu özümüzdə saxlayıb, rahat oynaya bilərdik. Əsas 3 xaldır. Tarixdə nəticə qalır. “Sabah”ı 3 xal geridə qoyduq.
- “Sabah” azlıqda qalsa da, layiqli mübarizə apardı. İkinci qolu vurub, niyə rahat mübarizə aparmadınız?
- Dediyinizlə razıyam. Bəli, ikinci qolu vurub, rahat oynaya bilərdik, hətta şanslarımız da oldu. Bir az rahat oynaya bilmədik. Rəqib təzyiq yaradırdı. İkinci qolu vursaydıq, ardı da gələ bilərdi. 1:0 hesabı bir az təhlükəlidir, rahat olmaq mümkün deyil.
- Komandanın qələbə qolunu vurdun. Fikirlərin necədir?
- Hücumçu kimi qol vurub, komandama qələbə qazandırıramsa, sevincliyəm. Belə davam edib, qollarımı sıralamaq istəyirəm. Əlimdən nə gəlirsə, “Qəbələ”yə kömək etmək istəyirəm.
- “Sabah”ı geridə qoydunuz, qaldı “Səbail”i qabaqlamaq.
- Qarşıda oyunlar var və maksimum xallar qazanmağa çalışacağıq. Belə davam etsək, əlbəttə, “Səbail”i də keçə bilərik.
- Belə davam etsən, millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin diqqətini çəkə bilərsən?
- Millidə oynamağı hamı istəyir. Ən yuxarı nöqtə yığma komandadır. Çalışacam, hər şey öz əlimdədir. Belə davam etsəm, qollar vursam, milliyə də dəvət alaram.(sportal.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |