Azərbaycan klublarına 2018-2019 mövsümünün qış transfer dövründə futbolçu transferlərini həyata keçirmək üçün verilən müddət başa çatıb.
Sportfm.az xəbər verir ki, yanvarın 12-də açıq elan edilən “transfer pəncərəsi” fevralın 8-də saat 24:00-da bağlanıb. Klublar bundan sonra yalnız azad agent statusu daşıyan oyunçuları heyətlərinə qata biləcəklər.
“Neftçi”
Gələnlər - 6: Mamadu Mboc ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Neftçi"), Aqil Məmmədov ("Qəbələ"), Vangelis Platellas (OFİ, Yunanıstan), Canluka Sansone ("Novara", İtaliya)
Gedənlər - 5: Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Kvame Karikari ("Əl-Oruba", BƏƏ - icarə), Dario Frederiko ("Tequ", Cənubi Koreya), Slavko Braliç (AEL Limassol, Kipr)
Müqavilə müddətini artıran: Yoxdur
“Qarabağ”
Gələnlər - 3: Reynaldo Silva ("Aktobe", Qazaxıstan), Hacıağa Hacılı ("Qəbələ"), Riçard Almeyda ("Astana", Qazaxıstan - icarə)
Gedənlər - 2: Turan Vəlizadə ("Neftçi"), Coşqun Diniyev ("Sabah")
Müqavilə müddətini artıran: Yoxdur
“Səbail”
Gələnlər - 2: Elvin Yunuszadə ("Sabah"), Aleksandr Rıbka ("Afyonspor", Türkiyə)
Gedənlər - 2: Emil Balayev ("Tobol, Qazaxıstan), Edqar Paçeko
Müqavilə müddətini artıran: Yoxdur
“Sabah”
Gələnlər - 4: Rəşad Eyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ"), Coşqun Diniyev ("Qarabağ"), Əmirhüseyn Nəcəfi (klubsuz)
Gedənlər - 7: Vitali Kvaşuk ("Qomel", Belarus), Əlibəy Məmmədli ("Neftçi-2"), Elvin Bədəlov, Aydın Bayramov ("Sumqayıt"), Tural Qürbətov ("Şüvəlan"), Ülvi İbazadə ("Neftçi-2"), Elvin Yunuszadə ("Səbail"),
Müqavilə müddətini artıran: Yoxdur
“Qəbələ”
Gələnlər - 2: Anar Nəzirov ("Zirə"), Davit Volkovi ("Saburtalo", Gürcüstan)
Gedənlər - 3: Təmkin Xəlilzadə ("Sabah"), Aqil Məmmədov ("Neftçi"), Hacıağa Hacılı ("Qarabağ")
Müqavilə müddətini artıran: Yoxdur
“Sumqayıt”
Gələnlər - 6: Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Zirə"), Aydın Bayramov ("Sabah"), Peyman Babayi (“Maşinsazi”, İran - icarə), Peyman Keşavarz ("Qostareş Fulad", İran), Əmir Ağayev ("Makkabi" Təl-Əviv, İsrail)
Gedənlər - 3: Bəxtiyar Həsənalızadə ("Zirə"), Orxan Sadıqlı ("Keşlə" - icarə müddəti bitdiyi üçün), Orxan Əliyev
Müqavilə müddətini artıran: Yoxdur
“Keşlə”
Gələnlər - 5: Orxan Sadıqlı ("Sumqayıt" - icarədən qayıdıb), Vüsal İsgəndərli ("Zirə"), Con Kamara ("Kaysar", Qazaxıstan), Valeri Kutsenko ("Sperantsa", Moldova), Luis Anxelo Pena ("Mineros", Venesuela)
Gedənlər - 8: Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev ("Şüvəlan"), Orxan Sadıqlı ("Zirə"), Diallo Quydileye
Müqavilə müddətini artıran: Yoxdur
“Zirə”
Gələnlər - 6: Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Orxan Sadıqlı ("Keşlə"), Mfo Kqasvane ("Baroka", CAR), İsmail Fofana ("Voyvodina", Serbiya), Xulio Sezar Rodriqez Ximenes ("Deportivo Kapiata", Paraqvay), Robin Nqalande ("Baroka", CAR)
Gedənlər - 3: Adil Nağıyev ("Sumqayıt"), Vüsal İsgəndərli ("Keşlə"), Anar Nəzirov ("Qəbələ")
Müqavilə müddətini artıran: Yoxdur