"Heç bir şey alınmadı" - Rəşad Sadıqov
Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ" "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Sportfm.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlama verib. Təcrübəli müdafiəçi öncə qarşılaşmanı şərh edib:
- Əvvəlcədən düşünürdük ki, oyun gərgin keçəcək. Fikrimcə, azarkeşlər üçün maraqlı, sürətli qarşılaşma oldu. Qış fasiləsindən sonra ilk oyun olsa da, hər iki tərəf keyfiyyətli oyun göstərməyə çalışdı. Baxımlı matç oldu. İstəyirdik ki, qələbə qazanan tərəf biz olaq. Üç xallıq fərqi aradan qaldırmaq istəyirdik, ancaq alınmadı. Bəlkə də “Neftçi”nin istədiyi nəticə oldu.
- Heç-heçəni “Neftçi” üçün sərfəli saymaq olar?
- Elə epizodlar var idi ki, biz məğlub da bilərdik. Oyun elə gedirdi ki, həm uda, həm də uduza bilərdik. İkinci hissədə açıq oyun getdi. Qol imkanlarımız oldu. İkinci hissədə “Neftçi”dən Baqali Dabaonun qol epizodu oldu. Biz də bir neçə şans yaratdıq. Bəzən olur ki, hər qol epizodunu dəyərləndirə bilmirsən.
- Oyundan öncə bildirmişdiniz ki, psixoloji üstünlük “Neftçi”dədir. Həqiqətən də belə oldu?
- Bəli, bunu demişdim. Bu gün açıq-aşkar hiss olunurdu. “Neftçi” ehtiyatlı oynayırdı. Oyuna çox yaxşı başlamışdıq. Bu cür buraxdığımız ucuz qol bizə psixoloji cəhətdən təsir etdi. İkinci hissədə açıq oyun oldu. “Neftçi” əks-hücumlarda oynadı. Rəqib azlıqda qalandan sonra üstünlük tam bizdə oldu. “Neftçi” üç xal bizdən üstündür və bu, onlara psixoloji üstünlük verir.
- Rəqib xeyli vaxt azlıqda qalsa da, bunu hesabda əks etdirə bilmədiniz?
- Əks etdirə bilmədik. Heç bir şey alınmadı.(sportal.az)
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |