Millimiz dünya çempionatının finalında
Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsi başlanır. 24 milli komandanın iştirak etdiyi turnirdə ilk dəfə Azərbaycan futzalçıları da var. Sportfm.az xəbər verir ki, final turnirinin rəsmi açılış mərasimi sentyabrın 10-da Kolumbiya - Portuqaliya görüşündən öncə olacaq. Tədbir 18 minlik "Kalizeo El Pueblo" arenasında təşkil ediləcək. Oyunlar Kolumbiyanın Kali, Bukaramanqa və Medelyin şəhərlərində keçiriləcək.
"F" qrupunda yarışacaq millimizin rəqibləri İspaniya, İran və Mərakeş futzalçılarıdır. Komandamız ilk oyunu sentyabrın 12-də Mərakeş idmançılarına qarşı keçirəcək. Futzalçılarımız sentyabrın 15-də ikinci tur çərçivəsində İspaniya, sentyabrın 18-də sonuncu - 3-cü turda İran millisi ilə üz-üzə gələcək.
12 sentyabr
I tur
Mərakeş - Azərbaycan
15 sentyabr
II tur
Azərbaycan - İspaniya
18 sentyabr
III tur
Azərbaycan - İran
Dairəvi sistemlə birdövrəlik mübarizənin yekununda qrupda ilk iki yeri tutan komandalar birbaşa növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ən yüksək nəticə göstərmiş 4 ən yaxşı qrup üçüncüsü də onlara qoşulacaq və beləliklə 16 millinin iştirakı ilə 1/8 final oyunları keçiriləcək. Bu mərhələnin oyunları sentyabrın 20-21-i və 22-nə təyin olunub. Sentyabrın 24-25-də 1/4, 27-28-də yarımfinal görüşləri olacaq. Dünya çempionu isə oktyabrın 1-nə təyin olunmuş final matçında müəyyənləşəcək.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |