İngiltərə Premyer Liqasının 21-ci turunda "Liverpul"la keçirlən oyun (2:1) "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, ispaniyalı mütəxəssis "şəhərlilər"lə 100-cü qələbəsini qazanıb.
Qeyd edək ki, 2016-cı ilin yayından "MS"-i çalışdıran Qvardiola bunadək "Barselona"da 179, "Bavariya"da 121 qələbəyə sevinib.