"Yuventus" Ronaldunun dublu sayəsində tarixi qələbə qazandı
İtaliya A Seriyasının XIX turunda "Yuventus" "Sampdoriya"nı qəbul edib.
Sportfm.az xəbər verir ki, Turində keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qoca Sinyora"nın hər iki qolunu Kriştianu Ronaldu vurub. 2-ci dəqiqədə hesabı açan portuqaliyalı hücumçu 65-ci dəqiqədə penalti ilə qələbə topunu vurub. Qonaq komandadan isə 33-cü dəqiqədə Fabio Kvalyarella fərqlənib.
Beləliklə, "Yuve"nin il ərzində 100-cü, Ronaldunun isə 49-cu qolu qeydə alınıb. Bu qələbə sayəsində xallarını 53-ə çatdıran "Yuventus" turnir cədvəlinə başçılıq edir. Turin komandası həm də tarixi ərzində ilk dövrənin ən çox xalını toplayıb. "Sampdoriya" isə 29 xalla 5-ci pillədə qərarlaşıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |