“TOPAZ”: “Kasımpaşa” üçün arzuolunmaz Kadıköy səfəri
Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” həftənin ilk günündə öz müştərilərinə 44 matç təklif edir. Bu görüşlərdən 8-nə “təkli”, 29-na isə həm “təkli”, həm də canlı mərc etmək olar. Günün maraqlı oyunlarından İtaliya A seriyasının 14-cü turunun son qarşılaşması – “Atalanta”-“Napoli” matçını qeyd etmək olar. 3-cü sırada qərarlaşan “Napoli” Berqamo səfərində hətta 1 xal qazansa belə 2-ci yerə yüksələcək. “Atalanta”nın isə qələbə qazanacağı təqdirdə 11-ci sıradan azı 4 pillə irəliləmək imkanı var. A seriyasında son 5 oyununun hamısını “üst”lə bitirən “Atalanta”nın bu axşam necə oynayacağı maraq doğurur. Bu maraqlı qarşılaşmaya “Topaz”da həm canlı, həm də “təkli” mərc etmək mümkündür. Əmsallar: “Atalanta”nın qələbəsi 3, heç-heçə 3,20, “Napoli”nin qələbəsi 2.
So vaxtlar uğursuzluq zolağına düşən “Fənərbaxça” da bu axşam meydana çıxacaq. “Sarı-lacivərdlilər” öz meydanında “Kasımpaşa”yla qarşılaşacaq. İkinci sırada qərarlaşan qonaqlara lider “Başakşehir”lə xal fərqini 2-yə endirmək üçün mütləq qələbə lazımdır. Statistika birmənalı şəkildə “Kasımpaşa”nın əleyhinədir. Onların Kadıköydə sonuncu qələbəsinin üzərindən artıq 9 il ötür. Ümumiyyətlə isə “Kasımpaşa” son 7 ildə “Fənər”ə qalib gələ bilmir. Statistikanın budəfəki dueldə özünü nə dərəcədə doğruldacağını qarşılaşma göstərəcək. Saat 21:00-da başlayacaq matça “Topaz”da canlı və “təkli” mərc edə bilərsiniz. Əmsallar: “Fənərbaxça”nın qələbəsi 1,85, heç-heçə 3,60, “Kasımpaşa”nın qələbəsi 3,55.
Bu və digər maraqlı oyunlara “Topaz”da mərc etməklə qazanmaq imkanınız var. Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya www.etopaz.az saytı vasitəsi ilə edə bilərsiniz.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |