Litva çempionatının bombardiri Azərbaycandan təklif aldı
Rumıniyalı futbolçu Liviu Antal Azərbaycan klubundan təklif alıb.
Sportfm.az xəbər verir ki, 29 yaşlı vinger Azərbaycanla yanaşı, Qazaxıstan və Cənubi Koreya klublarının maraq dairəsinə düşüb.
Son olaraq Litvanın “Jalqiris” klubunda çıxış etmiş futbolçu mövsümə bütün yarışlar da daxil olmaqla, 31 qol vurub ki, bu da onun müştərilərinin artmasına səbəb olub. Futbolçu açıqlamasında aldığı təkliflər barədə danışıb:
“Hələ haraya gedəcəyimi müəyyənləşdirməmişəm. Bir neçə ölkədən klublarla danışıqlar gedir. Litvaya qayıtmağım da mümkündür. Hələ qərar vermək üçün vaxtım var”.
Oyunçunun meneceri Boqdan Apostu da bu xəbəri təsdiqləyib:
“Hər şey doğrudur. Liviuya görə çoxlu danışıqlar gedir. Bu il o, mükəmməl mövsüm keçirib. Vurduğu qollarla yanaşı, 11 məhsuldar ötürmə edib. Bütün təklifləri dəyərləndiririk və ən sərfəlisini seçəcəyik. Antalla indi çox klublar maraqlanır”.
Qeyd edək ki, Liviu Antal ölkəsi Rumıniya və Litvadan başqa, Türkiyədə “Gənclərbirliyi”, İsraildə “Beytar” (Qüds) və “Hapoel” (Təl-Əviv) klublarının şərəfini qoruyub. 2011-ci ildə Rumıniya millisi ilə Paraqvaya qarşı yoldaşlıq görüşündə çıxış etmiş Antal 2013/2014 mövsümündə vurduğu 15 qolla “Vasluy”la Rumıniya çempionatının bombardiri olub.
O, ötən ilin yayında il yarımlıq müqavilə bağladığı “Jalqiris”də ölkə çempionatında vurduğu 23 qolla bombardir statusunu təkrarlayıb. (oxu.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |