Uşaqlarda bacarığı və qabiliyyəti necə inkişaf etdirək? - Lazımlı qeyd
Belə bir anlayış vardır ki, insanlar yetişdirilmədən inkişaf etdirilər. İnsanlar bitki deyil, su verincə böyüsün. Çünki, yetişmə daha çox bioloji bir hadisədir. Bəlli bir şərtlər təmin edilən vəziyyətdir.
Amma inkişaf elə deyil. İnkişaf öyrənmək ilə əlaqəli bir hadisədir. İnsanlar nə qədər yaxşı, nə qədər gözəl və nə qədər düzgün şeylər öyrənirlərsə, o ölçüdə yaxşı, o ölçüdə düzgün və gözəl inkişaf etmiş olarlar. Bu dəfə Bacarıq və İnkişaf anlayışından bəhs edəcəyik.
İllərdir yetişdirmək anlayışıyla neçə-neçə istedadlı, qabiliyyətli uşaq və gənc futbolçularımızın potensialını üzə çıxara bilmirik. Bu yetişdirmə anlayışında ancaq calaq ola bilər ki, futbolda da bunu süni yaş azaltmaları ilə futbol və futbolçuların inkişafının qarşısı alındı.
İnkişaf anlayışı nədir? Yetişmə təbiət hadisəsidi. İnkişaf insanın düşüncə qabiliyyətinin sərhədsiz düşünə bilmək və qabiliyyətlərini inkişaf etdirmək bacarığıdır. İnsanın bu bacarığının qarşısı alına bilməz. Ancaq öyrənmə və öyrətmək prosesi düzgün ölçüdə aparılmazsa, belə qabiliyyətlərinin qarşısı alınar.
Futbolda da öyrənmək-öyrətmək prosesi təməl mövzulardan biridir. Bunun üçün bizə oyunçunun istedadını üzə çıxaracaq və bacarıqlarını bilincli şəkildə inkişaf etdirəcək məşqçilər lazımdır. İstedad performansdan asılıdır. Amma ən asası məşqçilik bacarığını elmi əsaslara dayanaraq, futbol və bacarığı birləşdirə bilənlər uğur qazana bilərlər. Sadəcə məşqçilərin olmağı ilə iş qurtarmır. Son dövrlər ölkəmizdə stadionların sayının çoxalmağı ilə öyünə bilərik. Stadionlar tamaşaçılar üçündür. Unutmayaq ki, biz futbolçu inkişafından, futbolumuzun inkişafından danışmaq istəyirik, amma bu inkişaf üçün hazırda hansı klubumuzun avropa futbolu standartlarında təlim-məşq bazası var və bu bazada avropa futbolu ilə ayaqlaşa bilən futbolçu yetişdirilir?
İnkişaf qısa müddətli ola bilməz. Biz insan faktorundan bəhs edirik. İnsan kimi futbolçu inkişafından bəhs edirik. Onun üçün qısa müddətli 1 il, 3 il kimi Futbolçu İnkişaf layihələrindən uzaq durmalıyıq.
Futbol, əvvəlcə topa təpik atmaqla başlayar. Sonra isə bu təpik atmağın texnikaya, taktikaya, məşq və oyun bacarığının formalaşmasına, fiziki kondisiyaya çevrildiyi motorik keyfiyyət bacarıqlarının inkişaf etdiyi oyuna çevrilər. Uşaqların oyunu böyüklərin oyununa oxşamaz. Onların ayrı bir dünyası və dərk etmə qabiliyyətləri vardır. Ona görə də, onların oyunları və oyunlardakı fərdi bacarıqlarını üzə çıxarmaq və göstərmək arzuları vardır. Onların oyunları futbol elementləri ilə əyləncəli oyunlar verərək öyrənmə və bacarıq mərhələlərini inkişaf etdirməliyik.
Topa təpik atma mərhələsindəki bir uşağa ötürmə ver və ya digər texniki-taktiki bacarıqlar öyrədilə bilməz. Öyrətməyə çalışsaq o uşağı itirərik. Nəticədə itirən əvvəlcə uşaq sonra isə ölkə futbolu olacaq.
Daha sonrakı mərhələlərdədə eynilə belədir. Məsələn topla driblinq, fint və ya başqa bacarıqlar nümayiş etdirmək istəyən uşağa taktika öyrədə bilməzsiniz. Öyrətmək mərhələsində edilən səhvlərə görə bu baş verəcəkdir. Öyrətməyə çalışsanız, onun bacarıqlarını qabiliyyətə çevrilməsinə mane olmuş olacaqsınız.
Yaxşı pedaqoq-məşqçi öyrədiləcək mövzuları uşaqların inkişaf psixologiyalarına və öyrənmə mərhələlərinə görə təyin etməyi biləndir. Uşaqları futbola deyil, futbolu uşaqlara görə uyğunlaşdırmaq lazımdır. Düzgün infrastrukturlu təhsilin təməlində bu anlayış dayanır. Müasir futbolun tələblərini aşağı yaş qruplarından başlayaraq aşılmaq və dəyişən hər bir proses və yenilikləri uşaqları inkişafa aparacaq öyrətmə metodları ilə tətbiq etmək lazımdır.
İstər klub səviyyəsində, istərsə milli komandalar səviyyəsində, həmişə narazı olduğumuz məqamlar ustalıq səviyyəmiz çatmadı, rəqib bizdən bütün komponentlərdə üstün idi fikirləri olur.
Mən bu fikirlərə oyun zəkası, sürətli qərar vermək, sürətli oynamaq və kollektiv oyun anlayışını da əlavə edərdim. Bax bunların hamısının təməlində qabiliyyət və bacarıqlarına görə inkişaf etdirilməyən, müasir futbolun tələblərinə cavab verməyən anlayış, strategiya və iş prinsibləri dayanır.
Hansısa bir klub strategiyası, oyun fəlsəfəsi, uşaq-gənc futbolçuların inkişaf planı və iş prinsibi düzgün idarəçilik sistemini həyata keçirərək nail olmaq olar.
Sakit Rzayev
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |