"Zirə"nin tarixində 30-cu dəfə
Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda evdə "Səbail"lə qolsuz heç-heçə edən "Zirə" tarixi ərzində 30-cü dəfə "sülh"ə imza atıb.
Sportfm.az xəbər verir ki, bu, komandanın Premyer Liqadakı 102-ci oyununa təsadüf edib.
"Qartallar" 2015/2016 mövsümündə 11, 2016/2017 mövsümündə 9, ötən çempionatda 8 dəfə meydanı 1 xalla tərk edibsə, cari mövsümdə 2-ci dəfə bərabərliklə kifayətlənib. Bu heç-heçələrdən 14-ü evdə, 16-sı səfərdə qeydə alınıb. "Zirə" ilk dəfə baş məşqçisi Samir Abasovun rəhbərliyi altında heç-heçə edib. Əvvəlki 29 heç-heçədən 15-i Ayxan Abbasov, 14-ü Adil Şükürovun komandaya rəhbərlik etdiyi dövrdə qeydə alınıb.
Qəsəbə təmsilçisi üç müxtəlif hesablı heç-heçə edib. 16 dəfə 1:1, 4 dəfə 2:2 hesabına imza atan komanda 10-cu dəfə meydanı qolsuz bərabərliklə tərk edib. Əvvəlki qolsuz matçlardan 6-sı 2015/16, 1-i 2016/17, 2-i 2017/18 mövsümündə reallaşıb.
Qeyd edək ki, hazırda "Zirə" 5 xalla sonuncu pillədə qərarlaşıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |