“Rəqib azlıqda qalmasaydı, daha maraqlı oynayardıq” - Elşad Əhmədov
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Sportfm.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
- Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə çaldılar. Buna görə onları təbrik edirəm.
- Rəqibin üstünlüyü 60-cı dəqiqədən sonra özünü göstərdi. Komandada yorğunluq vardı, hərəkətsizlik vardı. Bu, nəylə bağlı idi?
- Yetirmələrimdə bu həyəcan vardı ki, qol buraxmasınlar.
- Aldığınız 4 sarı vərəqə də bunun nəticəsi idi?
- Bu da revanş hissiylə bağlı oldu. Çox sarı vərəqə aldıq.
- Vurğun Hüseynov olmasaydı, "Sumqayıt" daha üstün oynayardı. Bunu düşündünüzmü?
- Elə düşünmürəm. 11-11-ə oynasaydıq, futbolçularımız daha maraqlı oynayırdılar.
- Bəxtiyar Soltanov ötən mövsüm "Xəzər"də I divizionda komandanızın kapitanı, lideri idi. Ancaq indi sonradan meydana girir, qaça bilmir. Doğrudanmı, çempionatlara arasında səviyyə fərqi belə böyükdü, yoxsa problem futbolçudadı?
- Bu iki liqa arasında səviyyə fərqi həqiqətən böyükdü. Bəxtiyarı özüm tanıya bilmədim ki, bir neçə epiozdda Yusif Nəbiyevi necə üstələyə bilmədi. Halbuki, Soltanov sürətli futbolçudu, bundan faydalana bilmədi. (sport24.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |