Sabiq komandasına qol vuran millimizin üzvü: "İlahi ədalət öz yerini tapdı"
U-16 liqasında 4-cü turun görüşlərinə start verilib. Turun mərkəzi qarşılaşması Qəbələdə baş tutub. "Qəbələ" ilk 3 turda qələbə qazanan "Keşlə"ni qəbul edib. Qonaqlar çətin səfər matçında 2-1 hesabı ilə qalib gəlib. 4-cü tura kimi xal itirməyən və qapısını toxunulmaz saxlayan Xəyal Mustafayevin yetirmələrinin qonaq qismində meydana çıxdığı qarşılaşmanın maraq doğuran əsas məqamı isə hazırda "Keşlə"nin şərəfini qoruyan Kamal Kazımovun sabiq komandasına qarşı mübarizə aparması idi. "Qəbələ"dən ayrılmasına böyük əngəllər törədilən yeniyetmə futbolçu Qəbələdəki matçda komandasının qələbə qolunu vurub. Qarşılaşmadan sonra 16 yaşlılardan ibarət milli komandamızın üzvü Sportfm.az saytına danışıb:"Qalib gəldiyimiz üçün çox sevincliyəm. Bu mənim üçün adi matç deyildi. Uzun müddət "Qəbələ"də çıxış etmişəm. Klubdan niyə ayrıldığımı yaxşı bilirsiniz("Qəbələ" futbol akademiyasının məşqçisi Rakif Əliyev yeniyetmə futbolçunu döymüşdü - red.). Onlar mənim "Keşlə"də çıxış etməyimə əngəl törədirdilər. Hətta buna görə çempionatın ilk turunu buraxmalı oldum. İkinci matçın birinci hissəsinin sonunda sənədim gəldi və mən meydana çıxdım. Bütün klublara zəng edib deyirdilər ki, Kamalı heyətinizə qatmayın. Niyə, axı mən onlara nə etmişdim? Transferim böyük çətinliklə baş tutdu. Bu işdə mənə kömək edən və dəstək verən Azər Məmmədova(U-16 yığmasının baş məşqçisi-red.), İlqar Hüseynova("Keşlə"nin futbol akademiyasının rəhbəri - red.), Xəyal Mustafayevə("Keşlə"nin 16 yaşlılardan ibarət komandasının baş məşqçisi - red.), Azər Cabbarova(Kazımovun sabiq məşqçisi -red.) və adlarını çəkmədiyim digər insanlara dərin təşəkkürümü bildirirəm. İlahi ədalət öz yerini tapdı. Qolu isə mənim üçün çox böyük əziyyət çəkən anama hədiyyə edirəm".
Qeyd edək ki, Kamal Kazımov bir müddət öncə 17 yaşlılardan ibarət milli komandamızın heyətinə də dəvət edilmişdi.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |