"Qəbələ" - "Keşlə": 46-cı dueldə kim qalib gələcək?
Bu həftə Topaz Premyer Liqasında VI turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, “Qəbələ” sentyabrın 30-da öz meydanında “Keşlə” ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 46-cı duel olacaq. İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 45 dəfə üz-üzə gəliblər. Bu görüşlərdə “Qəbələ” 14 qələbə qazanıb, 15 heç-heçə edib və 16 matçdan məğlub ayrılıb. Bu görüşlərdə paytaxt klubu 58, “qırmızı-qaralar” 47 qol sevinci yaşayıb. “Qəbələ”nin bu matçlardakı ən məhsuldar oyunçusu Daniel Subotiçdir. O, 5 dəfə fərqlənib.
İndiyədək keçirilən 45 matçdan 40-ı çempionat, 5-i kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 15 heç-heçə edib və 14 dəfə uduzub. 40 dəfə rəqib qapısına yol tapan komanda 51 qol buraxıb.
23-cü dəfə “Keşlə”ni qonaq edəcək “Qəbələ” evdəki 22 matçda 8 dəfə qalib gəlib, 9 heç-heçə edib və 5 dəfə məğlub olub. Öz meydanında 26 top vuran "Qəbələ" 21 qol buraxıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |