"Qəbələ" ilə oyunda başqa şansımız yoxdur" - Slavik Alxasov
"Keşlə"nin müdafiəçisi Slavik Alxasov müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir.
- Keşlənin çempionatlarda 700-cü özünün isə 10-cu qolunu vurdun. Yubileylərə bağlı fikrin necədi?
- Bu, mənim üçün xoş haldı. Çünki klubun tarixinə keçdim. Buna çox sevinirəm.
- "Keşlə" tarixinin ən uğursuz günlərini yaşayır. Komandada qələbə qazanmaq üçün nə çatışmır?
- Komandada qələbə qazanmaq üçün hər şey var. Bütün gücümüzlə hazırlaşırıq. İstəyirik qələbələrimiz olsun. Təəssüf ki, 1 xalımız var. İnanıram ki, bu durumdan çıxa biləcəyik. Hələ ki, 5 tur keçib.
- Sezar Meza Kollinin gedişi özünü göstərir?
- Əlbəttə, Meza Kollinin yeri komandada görünür. Bunu hamı bilir. Futboldu, nə etmək olar? Yaxşı təklif aldı və ayrıldı.
- Bu tur "Qəbələ"nin qonağı olacaqsız. Qəbələdə "qara zolağ"dan çıxmağı bacara biləcəksiz?
- "Qəbələ" də bizim kimi "qara zolağ"a düşüb. Bizim səfərdə başqa şansımız, seçimimiz yoxdur. Qəbələdən yaxşı nəticə ilə qayıtmaq istəyirik. (sportal.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |