"Qəbələ"nin legioneri 100-ə çatdı
Topaz Premyer Liqasının IV turu “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, ukraynalı qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 35 yaşlı qapıçı “100”ə “Sabah”la səfər görüşündə (0:1) çatıb. Ölkəmizdə 5-ci mövsümünü keçirən qolkiper bu oyunların hamısını “Qəbələ”də keçirib və 69 qol buraxıb.
2015-ci ilin əvvəlindən "qırmızı-qaralar"da çıxış edən ukraynalı 2014/15 mövsümündə 15 (7 qol buraxıb), 2015/16 mövsümündə 28 (16 qol buraxıb), 2016/17 mövsümündə 27 (19 qol buraxıb), 2017/18 mövsümündə 26 (23 qol buraxıb), cari çempionatda isə 4 dəfə (4 qol buraxıb) meydana çıxıb.
Dmitri “Qəbələ”nin heyətində Premyer Liqada ən çox oyun keçirən 4-cü futbolçudur. Onadək Ürfan Abbasov (156 oyun), Dodo (131 oyun) və Viktor Mendi (112 oyun) 100 oyun səddini arxada qoyub.
Xatırladaq ki, Bezotosnı “Qəbələ”də və Premyer Liqada 2015-ci il fevralın 1-də “Bakı” ilə səfər matçında (2:0) debüt edib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |