Mladen Milinkoviç:"Ona etirazımı bildirdim"
"Keşlə"nin "Neftçi"yə 0-2 hesabı ilə məğlub olduğu oyundan sonra qonaqların baş məşqçisi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Əcnəbi çalışdırıcı əvvəlcə matç haqqında qısa fikirlırini bildirib:"Düşünürəm ki, biz pis oynamadıq. Yalnız son dəqiqələrdə təşəbbüsü əldən verdik. Sona yaxın isə bəxtimiz gətirmədi. Bu gün biz taktiki cəhətdən yaxşı oynadıq. Təbii ki, futbolda əsas nəticədir. Hücumçumuz qol şanslarını əldən verdi. Sonda qapıçı da qapını boş buraxdı. Bugün fərqli komandaydıq, mübarizə apardıq.
- Klennonu pis oynamasına baxmayaraq, sona yaxın dəyişdiniz.
- O görüş boyu heç də pis təsir bağışlamadı. Ancaq qol epizodlarını da boşa xərclədi.
- Kamran Ağayev son saniyələrdə qapını tərk etdi və komanda ikinci qolu buraxdı.
- Bəli, ancaq artıq 1-0 və ya 2-0 uduzmağın fərqi yoxdur. Kamran komandamızın bərabərlik qolunu vurmağa da kömək edə bilərdi.
- Samir Məsimov iki epizodda daha düzgün ötürmə etsəydi, hesab fərqli ola bilərdimi?
- Həmin epizodlarla bağlı ona etirazımı bildirdim. Ancaq meydanda futbolçu qərar verir.
- 4 oyun və sonuncu yer. Komandanın gələcəyini necə görür?
- Məğlubiyyət hər zaman futbolçulara mənfi təsir göstərir. Əsas məsələ odur ki, motivasiya olsun. Biz işləməyə davam edirik.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |